banner
banner

Sosİal

İcra başçısı tibb işçilərinə səsləndi: "Siz bizim görünməyən qəhrəmanlarımızsınız"

İcra başçısı tibb işçilərinə səsləndi:

"Gəlin onları qorumaq üçün #EvdəQalaq"

Bu sözləri Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının işçiləri ilə görüş zamanı deyib.

İcra başçısı Azərbaycanda koronavirusa qarşı mübarizədə görülən tədbirlərdən danışıb, tibb işçilərinin fədakarlığını vurğulayıb.

Alimpaşa Məmmədov bildirib ki, dövlətə güvən və inam heç şübhəsiz ki, ekstermal şəraitdə bir daha sınanır və şükürlər olsun ki, bu gün Azərbaycan xalqı Öz dövlətinə güvənir, dövlət də Öz xalqının yanındadır.

Bu gün həkimlərimiz, orta və kiçik tibb işçilərimiz heç bir təmənna və minnət güdmədən həyatlarını risk altında qoyaraq "ağ donlu mələklər" kimi hər gün onlarla insanın həyatını qara ölümün pəncəsindən qoparırlarsa, dincəlmək, istirahət etmək, şənbə, bazar günü sözlərini belə unudublarsa, bizim yorulmaq haqqımız yoxdur,- deyirsə, Təcili Yardım işçiləri, yatmıram, buna sadəcə vaxt yoxdur söyləyirsə, biz bu insanlara niyə qəhrəman deməyək!: “Siz bizim #gizli #qəhrəmanlarımızsınız. Siz hər bir canlının xilaskarısınız. Sizinlə fəxr edir, qürur duyuruq, əziz həkimlər”.

Tibb işçiləri ilə görüşdə icra başçısı koronavirus təhlükəsi ilə bağlı əhaliyə də müraciət edib.

Bu fədakar insanların əməyinə hörmət etmək hər birimizin borcudur və bizdən tələb olunan da çox şey deyil: #evdə #qal, #həyatda #qalasan!

Cənab Prezidentin bu gərgin və məsuliyyətli günlərdə söylədiyi " #Biz #birlikdə #güclüyük" tezisi heç də təkcə şüar deyil.

Biz birlikdə çox uğurlara imza atmışıq, çox çətinlikləri dəf etmişik, bütün sınaqlardan şərəflə, üzüağ çıxmışıq. Birliyimiz sayəsində koronavirus pandemiyasını da aradan qaldıracağıq, bu mübarizədən minimum itgi ilə çıxacağıq.

Cənab Prezidentin “#Biz birlikdə güclüyük!” çağırışı isə uzun illər Azərbaycanın uğur və zəfər simfonyası olacaqdır”.

 

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.