banner
banner

Şou

Hazal Kayadan Kıvanç haqda səmimi açıqlama

Hazal Kayadan Kıvanç haqda səmimi açıqlama

Aktrisa Hazal Kaya “Youtube” kanalında yayımlanan İbrahim Selim ilə “Bu gecə” proqramının qonağı olub.

 

Axşam.az xəbər verir ki, Hazal səmimi açıqlamaları ilə diqqət çəkib. Yenicə ana olan aktrisa karantində evdə qalmağın ona çətin olmadığını və buna öyrəşdiyini bildirib. Kaya hətta ana olmağı çox sevdiyini vurğulayıb:

“Ana olmaq gözəl hissdir. Bundan sonra 2 və 3-cü uşağı da doğa bilərəm. Elə bil, illərdir ana olmağa hazır idim. Anam və yoldaşımı mən sakitləşdirirəm. Uşaq ağlayanda narahat olmuram. Öyrəşmişəm. Bütün bunlar xoşuma gəlir. Dünən ilk dəfə üzümə güldü, ağladım”.

Yaradıcılıq haqqında da sualları cavablandıran aktrisa bu günə qədər ən yaxşı tərəf müqabilinin adını da çəkib:
“İşlədiyim bütün dostlarımı sevirəm. Amma bu günə qədər keyflə işlədiyim tərəf müqabilim Kıvanç olub. Çağatayla anlaşa bilmirdik. Çünki o da yenicə gəlmiş sənətə, mən də. Yaşımız da az idi. Aras Bulut, Burak Özçivit, bunları da sevirəm. Kıvanç Tatlıtuğdan isə çox şey öyrənmişəm. Qardaşım kimi sevirəm onu. Ona görə, Kıvanç deyirəm”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.