banner
banner

Sosİal

Karantin dövründə internet asılılığı güclənib

Karantin dövründə internet asılılığı güclənib

Çində bu durumdan əziyyət çəkənləri xüsusi xəstəxanada müalicə edirlər

Bəşəriyyətin koronavirus pandemiyası ilə mübarizə apardığı və bütün ölkələrdə karantin elan olunduğu bu günlərdə, insanların böyük əksəriyyəti evdəki boş zamanını internetdə, kompüter qarşısında və mobil telefonlarda keçirir. Açıq havada gəzmək, tanışlarla görüşmək, ünsiyyət imkanından məhrum olanlar çarəni internetdə film izləməkdə, sosial şəbəkələrdə vaxt keçirməkdə görürlər. Bu isə dünyanın əksər ölkələrində, eləcə də Azərbaycanda insanlar arasında yayılmış internet asılılığı problemini daha da artıra bilər. Belə ki, karantin bitəndən sonra da  bu asılılıqdan xilas olmaq çətin olacaq.

İnternet Bağımlısı Olduğunuzu Gösteren 5 Durum - KizlarSoruyor

Mövzu ilə bağlı Musavat.com-a danışan psixoloq Elnur Rüstəmov vurğuladı ki, internet asılılığı problemi xüsusi karantin rejimindən öncə də bizim cəmiyyətdə mövcud idi və karantin dövründə daha da kəskinləşib:  “İnternetdən və mobil telefondan asılılıq kimi problemlər insanlar arasında var idi və dünyada da belə bir problemlə üzləşirdilər. Hətta Çində internet asılılığı olanlar üçün xüsusi reabilitasiya mərkəzi də var idi. Bu durumdan əziyyət çəkənləri xüsusi xəstəxana rejimində müalicə edirlər. İnternetdən asılılıq problemi istər yaşlı nəsil, istər orta yaşlı insanlar, istər gənclər və yeniyetmələrdə, istərsə də, uşaqlarda var. Hər yaş qrupundan olan insanlar bu problemlər baş-başa qala bilərlər. Çünki bu gün demək olar ki, görülən işlərin böyük bir qismi internet üzərindən görülür. Burada bir qisim istifadəçilər iş məqsədilə internetdən istifadə edirlər, digər bir qisim isə asudə vaxtını dəyərləndirməyə çalışır. Boş vaxtını internetdə dəyərləndirənlər daha çox internet asılılığından əziyyət çəkir, bu onlarda daha böyük narahatlıqlara səbəb ola bilər”.

Elnur Rüstəmov: "Hər şeyi polisin üzərinə atmaq olmaz, vətəndaş ...

Psixoloqun sözlərinə görə, orada həm uşaqlar, həm də böyüklərin nə izlədiyi, nə oxuduğu, hansı informasiyalar aldığı önəmlidir: “Bu informasiyaların hər biri insanın emosiyalarına, duyğularına, baxış tərzinə təsir göstərir. Bu həm indiki durumda ani olur, həm də gələcəkdə həyata baxışına, insanlarla münasibətinə təsir edir. Yəni insanların sırf vaxt keçirmək üçün internetdə olmaları psixoloji fəsadlar yaradır. Sosial şəbəkə, film izləmək , kitab  oxumaq da buraya daxildir”.

internet bağımlılığı Etiketli Haberler

E.Rüstəmov qeyd etdi ki, internet asılılığı problemi onlayn çalışan insanlara aid deyil: “Ancaq internetdə oturub iş görən adamlar müəyyən qısa fasilədə film izləyirsə və ya sosial şəbəkəyə daxil olursa, onlarda xüsusi problem yaranmayacaq. Ancaq bütün gününü, zamanını internetdə keçirən insanlarda problem yaranacaq və o indi də mövcuddur, daha da artacaq. Bundan daha çox şikayət edənlər valideynlərdir. Uşaq və yeniyetmələrdə bu problem özünü qabarıq göstərəcək”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.