banner
banner

Sosİal

Qusar polisi 70 ailəyə ərzaq yardımı edib

Qusar polisi 70 ailəyə ərzaq yardımı edib

Qusar Rayon Polis Şöbəsi tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə elan edilmiş xüsusi karantin rejiminin qaydalarının təmin olunmasına nəzarət etməklə yanaşı vaxtaşırı olaraq evdən çıxa bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrə mütəmadi olaraq yardım tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Musavat.com-a verilən məlumata görə, polis əməkdaşları rayonun müxtəlif ərazilərində yaşayan ümumilikdə 70 ailəyə baş çəkib, müxtəlif ərzaq məhsullarından ibarət bağlamaları onlara öz evlərində təqdim ediblər. Rayon sakinləri Azərbaycan polisinin onlara göstərdikləri diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Bundan əlavə şöbə əməkdaşları həmin şəxslərlə bir daha maarifləndirici söhbətlər apararaq, vətəndaşların sağlamlıqlarının təmin edilməsi istiqamətində ölkədə həyata keçirilən zəruri tədbirlərdən danışıblar.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.