banner
banner

Gündəm

Dünya İlham Əliyevi pandemiya ilə mübarizədə örnək göstərir: Bakıdan maraqlı reaksiyalar

Dünya İlham Əliyevi pandemiya ilə mübarizədə örnək göstərir:

Dünyanın bir sıra mediaları pandemiyaya qarşı Azərbaycan iqtidarının, xüsusən prezident İlham Əliyevin apardığı metodu nümunə kimi yazır, göstərirlər. 

Özəlliklə Rusiya və Türkiyə mətbuatı Azərbaycanın koronavirusla mübarizə üsullarını, həyata keçirdiyi izolyasiya tədbirlərini təqdir edirlər. 

Azərbaycan hökumətinin vaxtında atdığı qabaqlayıcı tədbirlər -sərhədlərin bağlanması, dərslərin dayandırılması, metronun işləməməsi, ardınca ölkədə xüsusi sərt karantin rejiminin tətbiqi örnək göstərilir.

Dünyanın tanınmış nəşrləri, qonşu ölkələrin KİV-ləri Azərbaycan hakimiyyətinin atdığı addımların koronavirusun geniş yayılmamasına gətirib çıxardığını, o cümlədən pandemiya dövründə işsiz, ahıl, imkansız vətəndaşlara, sahibkarlara dövlət tərəfindən dəstək verildiyi qeyd olunur. 

Günbəgün yoluxanların azalması, aprelin 27-dən karantin rejiminin yumşaldılması da belə əsas yaradır ki, görülən tədbirlər nəticə verməkdədir. 

Kremldən ermənilərə ağrılı xəbərdarlıq | Cumhuriyyət

Məsələn, Rusiyanın nüfuzlu pravda.ru nəşri yazmışdı ki, pandemiya Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub: “Buna baxmayaraq, ölkə rəhbərliyi öz vətəndaşlarının sağlamlığı və təhlükəsizliyini təmin eləmək üçün vaxtında tədbirlər görür. Üstəlik, həyata keçirilən bütün tədbirlərin strategiyası pandemiyanın milli iqtisadiyyata neqativ təsirlərini azaltmağa, o sırada pandemiyadan sonra iqtisadi inkişafı təmin etməyə yönəlib”.

Azərbaycanın ünvanına səslənən bu təriflər və təqdirlər sözsüz ki, pozitiv görünür. Bəs özümüz necə, bu faktları necə qiymətləndiririk?

Fəzail Ağamalı: “İlham Əliyev liderlik keyfiyyətlərini yüksək səviyyədə nümayiş etdirdi”


Fəzail Ağamalı danışdı: “Görüntülər montajdır” – Dialoq.info

İqtidaryönlü Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalının Musavat.com-a bildirdiyinə görə, hər bir dövlətin başçısının liderlik keyfiyyətləri böhran vəziyyətlərində üzə çıxır, onun üçün bir sınaq meydanına çevrilir.  Deputatın fikrincə, koronavirus haqda dünya mediasında ilk gündən yayılan xəbərlər nəzərə alınaraq, prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə qabaqlayıcı tədbirlər planı işlənib hazırlanmasına başlandı: “Cənab İlham Əliyev liderlik keyfiyyətlərini yüksək səviyyədə nümayiş etdirdi. Azərbaycan sözün əsl mənasında bu bəla ilə mübarizədə bir nümunə ortaya qoydu. Qürurverici haldır ki, ayrı-ayrı ölkələr tərəfindən Azərbaycanın pandemiya ilə mübarizə yolları öyrənilir, tətbiq edilir.

Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi və ekspertlər səviyyəsində Azərbaycanın mübarizə tədbirləri öz müsbət qiymətini almaqdadır”.

F.Ağamalı hesab edir ki, Azərbaycan hökumətinin və prezidentin həyata keçirdiyi tədbirlərin effektiv olması öz vətəndaşlarımız tərəfindən dövlət başçısına ünvanlanan təşəkkür məktublarında da əksini tapmaqdadır: 

“Çox müsbət haldır ki, xalqımız həm prezident İlham Əliyevin, həm I vitse-prezident Mehriban Əliyevanın çağırışlarına qoşuldular, tövsiyə və qadağalara əməl etdilər. Şübhəsiz ki, bütün bu atılan addımlar vətəndaşlarımızın sağlamlığı naminə idi. 

Ona görə dövlətin çoxşaxəli tədbirlər planını həyata keçirməsi və xalq tərəfindən qəbul olunması ölkəmizi böyük bəladan xeyli dərəcədə sovuşdurub. Artıq koronavirusdan ölənlərin sayı xeyli azalıb, sağalanların sayı yoluxanlardan çoxdur. Bütün bunlar görülən önləyici tədbirlərin nəticəsidir. Odur ki, virusun tam sıfırlanması istiqamətində dövlətlə axıra qədər bərabər olmalıyıq”. 

AVP sədrinin sözlərinə görə, bununla belə içimizdə xəyanətkar,  düşmən marağına xidmət edənlər var: “Onlar dövlətin həyata keçirdiyi tədbirləri, qoyulan qadağa və məhdudiyyətləri başqa müstəvidə izah etməyə, xalq-iqtidar arasında nifrət toxumu səpməyə çalışırlar.

Xüsusən Əli Kərimlinin başında durduğu dərnək və Amerikada komfort həyat yaşayan Cəmil Həsənli dövlətə qarşı iftiralar yağdırırlar. Mən Cəmil Həsənlinin yazısını oxudum. 

Bilirsiniz ki, Operativ Qərargahın tələblərinə biganə münasibət bəsləyən bəzi vətəndaşlarımız olur, tövsiyələrə və qadağalara əməl etmirlər.

Bu zaman maarifləndirici və inzibati yollarla karantin rejimini pozanların qarşısı alınmalıdır. Sadəcə, maarifləndirmə ilə yanaşı inzibati tədbirlər də olmalı idi. Məhz elə bu kompleks tədbirlərin nəticəsidir ki, virusla mübarizə müsbət effekt verir. Ancaq Cəmil Həsənli cərimələri ödəməməyə çağırır, xalqla dövlət arasında inamsızlıq yaradır. 

Bu xaricdəki anti-Azərbaycan dairələr tərəfindən missiya kimi anti-milli adamların əli ilə həyata keçirilir. Bu gün dövlət xalqı pandemiya bəlasından qoruyur, bütün tədbirlər həyata keçirilir”.

Müxalifyönlü AĞ Partiyanın başqanı Tural Abbaslı hesab edir ki, pandemiya ilə mübarizədə əldə olunan nəticə dövlətin və xalqın birliyi kimi dəyərləndirilməlidir. 

Tural Abbaslı: “Pandemiya ilə mübarizədə əldə olunan nəticə dövlətin və xalqın birliyi kimi dəyərləndirilməlidir” 


Tural Abbaslı: “Əli İnsanovu çağırıb başda otuzdurur, hələ utanmaz ...

Onun sözlərinə görə, Azərbaycanda yoluxan və ölənlərin statistikasına baxanda az itki vermiş dövlətlərdən biridir: “Hətta böyük dövlətlərlə müqayisədə daha uğurlu nəticələr əldə olunub. Bu mənada müsbət qiymət vermək lazımdır”. 

T.Abbaslının fikrincə, eyni sözləri pandemiyadan əziyyət çəkən əhalinin aztəminatlı təbəqəsinə göstərilən diqqət haqda söyləmək çətindir: “Koronavirusun sosial-iqtisadi və siyasi fəsadlarına qarşı aparılan  mübarizəyə də qiymət verilməlidir. Təəssüf ki, tibbi baxımdan üstünlüklərin fonunda əhalinin həssas kəsiminə göstərilən qayğının səviyyəsi ürəkaçan deyil. Çünki günəmuzd və işsiz zümrəyə lazımi diqqət göstərə bilmədilər. Bu, özünü sosial şəbəkələrdə yazılanlarda da əks etdirir. Biz hər şeyə qara deməyin də əleyhinəyik. Atılan addımlar, qəbul olunan proqramlar var. Ümid edirəm ki, sosial-iqtisadi sahədə təsirli addımlar atılacaq”.

Anar Niftəliyev: “İlk tədbir alan ölkələrdən olduq”

Axar.az-ın baş redaktoru Anar Niftəliyevin sözlərinə görə, Azərbaycan pandemiyaya qarşı ilk tədbir alan ölkələrdən oldu: “Məktəblərin bağlanmasından tutmuş hazırlıqlara, karantində qalanlar üçün yerlərin ayrılmasına, ziyan çəkənlərə dövlət dəstəyinə qədər... 


Anar Niftəliyev: “Hazırda axar.az üçün rəqib yoxdur, dostlarımız ...

ÜST tövsiyələrinə ciddi əməl olundu, ciddi təbliğat aparıldı və şükür, nəticəsini də koronavirusla bağlı Operativ Qərargahın statistikasında görürük”.

Baş redaktor bununla belə bir məsələdən narahatdır: “Ancaq tam səmimiyyətlə deyirəm: Çindəki “ikinci dalğa” bizi indidən narahat etməlidir. Və belə görünür ki, artıq Operativ Qərargah da buna istiqamətlənib. 

Təsadüfi deyil ki, yumşalmalardan sui-istifadə ediləcəyi təqdirdə qadağaların sərtləşəcəyi xəbərdarlığı edildi. 

Yəni nümunəvi davranışımız - burada xüsusilə əhalidən söhbət gedir - mütləq şəkildə davam etməlidir. İnşallah, koronavirusdan ən az itki ilə ən tez xilas olan ölkələrdən olarıq”.

İstanbulda yaşayan politoloq Ramiyə Məmmədova vurğuladı ki, kənardan da  Azərbaycanda görülən tədbirlər effektiv görünür: “Azərbaycan hökuməti vaxtında izolyasiya addımları atdı. Sərhədlərin bağlanması, dərslərin dayandırılması gecikdirilmədi. Əgər İtaliya, İspaniya kimi Azərbaycanda da əvvəldən səthi yanaşma olsaydı, bu gün yoluxanların və ölənlərin sayında qorxunc statistika ilə qarşılaşa bilərdik”.  

Ramiyə Məmmədova: “Dövlət başçısı gözəgörünməz düşmənə qarşı mübarizədə  Ali Baş Komandan olaraq irəli çıxdı”


Ondan hər an satqınlıq gözləyirlər” –

R.Məmmədova Koronavirusla Mübarizə Dəstək Fondunun yaradılmasını, prezidentin bir illik maaşını fonda bağışlamasını nümunəvi addımlar hesab edir: “Dövlət başçısı gözəgörünməz düşmənə qarşı mübarizədə də Ali Baş Komandan olaraq irəli çıxdı. Prezident xalqın yanında olduğunu göstərdi, tez-tez açıqlamalar, müsahibələr verdi, Nazirlər Kabineti yanındakı Operativ Qərargah kifayət qədər mobil, çevik, fəal, operativ işlədi, nazirlər mətbuat konfransları keçirərək ictimaiyyətə hesabat verdilər. Yəni, Türkiyədən müşahidəçi kimi baxanda Azərbaycanda dövlətin atdığı addımlar həqiqətən də örnəkdir”.

Tanınmış şair Şəhriyar Del Gerani isə dedi ki, dünyada pandemiyanı necə reklam etdilərsə, necə təqdim etdilərsə, onu gördük: “Əslində nə baş verdiyini təfsilatı çox sonralar biləcəyik. Yaşadığı küçədə, məhəllədə nələrin baş verdiyini bilməyən adamların dünyada gedən geosiyasi proseslərə nadan müştəbehliklə şərh verdiklərini acı təbəssümlə seyr etməkdəyəm. O ki qaldı sualın məğzinə, ilk günlərdə “Evdə qal" aksiyasına qoşulmayanlardan biri də mən oldum. 

Şəhriyar Del Gerani - Publika.Az

Səbəbini də hökumətin xalqa yardımın gecikməsi ilə əsaslandırdım. Ağına-bozuna baxmadan çoxlu sayda adam xalqa “Evdə qal” çağırışı etdi.  Amma bu çağırışa gərək adamın haqqı çata axı. 

İşıq sayğacında 40 qəpik qalmış bir günəmuzd işləyən fəhləyə hansı haqla "Evdən çıxma!" demək olar? Qəribədir, çoxlarına elə gəlir ki, Allah heç nəyi bilmir və görmür”. 

Del Geraninin sözlərinə görə, bu, bəladır: “Hökumətin gözlənilən addımı geciksə də, sonrakı mərhələdə şahidi olduq, bir xeyli maddi yardım paketləri ayrıldı. Bəli, azdır yenə də. Azərbaycan təkcə Bakı bulvarından ibarət deyil. Kəndlilərin işi ümumiyyətlə, faciədir”. 

Şair hesab edir ki, hökumət bir məsələyə diqqət yetirməlidir: “İndiki vəziyyətdən sui-istifadə edib məzmunsuz, keyfiyyətsiz,  bayağı adamların yardım aksiyası altında reklamçılıqla məşğul olub cəmiyyətin gözündə qəhrəmana çevrilməyinə şərait yaratmamalıdır. Bu, çox zərərli tendensiyadır. Mənəvi məsələ olduğu üçün qeyd etməyi özümə borc bildim. Allah hər daim bu möhtəşəm xalqın köməyi olsun”. 




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.