“Alver zəifdir, karantindən qabaqkı mallar getmir”
Bakıda gündən-günə həyat əvvəlki tempinə qayıtmağa başlayır. Bu gün gördüklərimiz və təəssüratlarımız belə deməyə əsas verir.
Xüsusi karantin rejiminin yumşaldılması ilə yanaşı şəhərdə polislər və Daxili Qoşunların əsgərləri keşik çəkirlər, SMS vasitəsi ilə küçəyə çıxmaq icazəsi olan-olmayan vətəndaşlar yoxlanılırlar.
Musavat.com üçün reportaj hazırlayarkən şahid olduq ki, indi küçəyə çıxan insanlar daha apteklərə maska və spirt, marketlərə həftəlik bazarlıq üçün deyil, əksinə, geyim dükanlarına alış-veriş etməyə axışmağa başlayıblar.
Hazırda paltar və ayaqqabı satılan mağazalarda işlər yoluna düşməkdədir. Amma satılan malların hamısı köhnədir. Satıcılar da təsdiqləyirlər ki, yeni mövsüm malları hələ gətirilməyib, karantindən qabaq nə qalıbsa, onları təklif edirlər. Onların sözlərinə görə, mayın 4-dən təzə mallar gətiriləcək. Ona görə də dükanlar heç də şıdırğı alver edə bilmirlər. Satıcılar bildirirlər ki, mayın 4-dən sonra alverin qızışması gözlənilir. Bununla belə, onlar qiymətlərdə xüsusi endirimlər də etmirlər.
Səbəb kimi iki aya yaxın zərərlə işləməyi göstərirlər və deyirlər ki, dəyər - dəyməz qiymətinə satmaqla sıfır vəziyyətindən çıxmaq çətin olacaq.
Odur ki, hazırda dükanlarda yeni geyimlər axtarmağa dəyməz. Amma bir az sonra hər şey tapa biləcəksiniz. Satıcılar da bu gedişatdan məmnun deyillər. Çünki karantindən əvvəl qalmış malları alan müştərilər azdır. Obyekt sahiblərinin eşitdiyinə görə, ayın sonuna qədər böyük ticarət mərkəzləri, “Mall”lar açılmaya bilər. Buna ümid edən dükanların sahibləri fikirləşirlər ki, bir ay ərzində müştəri yalnız onlara üz tutacaq, alver yaxşı gedəcək. Hazırda Bakının əsas bazarları olan “Binə”, “Sədərək”, “28 Mall”, “Gənclik Mall”, “Nizami Mall” və digər ticarət mərkəzləri pandemiya ilə əlaqədar bağlanıblar.
Xatırladaq ki, ölkədə xüsusi karantin rejimi aprelin 27-dən yumşaldılıb, uzadılmasa mayın 4-də karantin bitəcək.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.