banner
banner

Gündəm

Azərbaycanın imtina etdiyi 1 May bayramı – dünya ölkələri bu dəfə mesajlaşaraq qeyd edir

Azərbaycanın imtina etdiyi 1 May bayramı

Bu gün (1 may) bir çox ölkələrdə “Beynəlxalq zəhmətkeşlər bayramı” kimi qeyd olunur.

İlk dəfə 1856-cı ildə Avstraliyada keçirilən bu bayramı bu il insanlar koronavirus pandemiyası ilə əlaqədar olaraq yalnız mesajlaşaraq qeyd edir. Məsələn, Türkiyədə artıq dünəndən başlayaraq insanlar bir-birini mesajlar vasitəsi ilə təbrik edir. Bu ilə qədər isə ölkədə 1 May bayramı böyük coşqu ilə, müxtəlif aksiyalar və nümayişlərlə keçirilirdi. Hətta qarşıdurmalar da baş verirdi. Məhz bu səbəbdən hər il 1 May günü ölkənin böyük şəhərlərində təhlükəsizlik tədbirləri gücləndirilirdi.
Azərbaycan isə illər öncə bu bayramdan imtina edib.

Qanlı 1 May - Vikipediya

Bəs bu günün tarixi haqda hansı faktlar var? 

Qeyd olunduğu kimi ilk dəfə 1856-cı ildə Avstraliyada 8 saatlıq iş gününün tətbiq edilməsi ilə bağlı proletar bayramının qeyd olunması ortaya çıxıb. Bu ölkədə yerli işçilər artıq toplantı və əyləncə ilə əlaqədar səkkiz saatlıq iş gününün lehinə nümayiş olaraq bir günlük özlərini tamamilə işdən azad etməyi qərara alıblar. Bununla da proletar bayramı ortaya çıxıb, daha sonra digər ölkələrə yayılıb və getdikcə bütün proletar dünyasını fəth edib. Avstraliyalı əməkçilərin bu nümunəsini daha sonra amerikalılar təkrarlayıb. Belə ki, 1 may 1886-cı ildə, demək olar ki, bütün sənaye mərkəzlərində – Nyu-York, Çikaqo, Filadelfiya və Baltimorda 200 mindən çox işçi boykota başlayıb. Çikaqoda 80 min fəhlə haqları olan "8 saatlıq iş günü" tələbi altında sıx sıralarla möhtəşəm yürüş keçirib.

Ümummilli boykotun və aksiyaların yayılmasından qorxan sahibkarlar silahlı əsgərlərlə yanaşı, həm də casus provakatorlar tutaraq hücuma keçib. 3 may günü "McCormic" fabrikinin qarşısında onlara qatılmayan digər işçiləri boykota qoşulmağa çağıran silahsız işçilərə atəş açılıb və bir işçi öldürülüb. İşçilər bu qanlı hadisəni protest etmək üçün mitinq keçirmək qərarına gəliblər.

4 may günü işçilər daha güclü bir mitinq təşkil ediblər. Mitinqin qurtarmasına az qalmış yüzlərlə polis meydana girib. Bir az sonra isə mənşəyi və haradan gəldiyi bəlli olmayan bir bomba polislərin olduğu yerə düşüb. Bomba atılandan sonra mitinq bölgəsi qanlı savaş meydanına çevrilib. İşçilər güllə yağışına tutulublar. 4 işçi və 7 polis ölüb, onlarla işçi isə yaralanıb. Həmkarlar ittifaqlarının sədrləri və işçi hərəkatının 8 lideri tutulub.

Məhkəmədən sonra fəhlə hərəkatının liderlərindən olan 4 şəxs – Avgust Spies, Albert Parsons, Corc Engel və Adolf Fişer edama məhkum ediliblər.

1889-cu ilin iyulunda Parisdə toplanan II İnternasionalın 1-ci Konqresində 1 May tarixi dünya zəhmətkeşlərinin birlik, mübarizə günü olaraq qəbul edilib. Hər ilin 1 may tarixini mitinqlər, aksiyalar və boykotlarla qeyd etmək qərarı alınıb.
Sovet İttifaqında bu bayram dünyada ən möhtəşəm səviyyədə keçirilirdi. Mayın 1-də şəhərlərdə böyük nümayişlər keçirilər, möhtəşəm bayram əhval-ruhiyyəsi hökm sürərdi. Peşəsində fərqlənən əməkçilərə mükafatlar, fəxri adlar verilər, Sovet İttifaqının paytaxtına – Moskvaya dünyanın bütün ölkələrindən dəvət olunan qonaqlara sosializmin nəyə qadir olduğu nümayiş etdirilərdi.

Azərbaycanda ilk dəfə 1 May bayramı...

Azərbaycanda 1920-ci ildən başlayaraq, 1 May Azərbaycanda da rəsmi bayram günü kimi qeyd olunub. Lakin hələ 1919-cu ildə əməkçilər 1 May bayramı qeyd ediləndə dövlət başçısı Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə ADR hökuməti bu bayramda fəal iştirak edib. Onlar bu bayramın sinfi qarşıdurma yaradan amil kimi qiymətləndirilməsini rədd edirdilər.

Ölkəmizin bu bayramdan imtinası

1992-ci ildə mərhum sabiq prezident Əbülfəz Elçibəyin göstərişi ilə 1 Mayın rəsmi səviyyədə qeyd edilməsinə son qoyulub - sovet ideologiyasının atributlarından biri olduğuna görə. Hazırda ölkəmizdə bu tarixi sadəcə kommunist partiyalarının üzvləri kiçik bir yürüşlə qeyd edir.

Hansı ölkələr hələ də bu bayramı qeyd edir?

Zəhmətkeşlərin Günü - 1

Hazırda dünyanın 100-dən artıq ölkəsində ictimai bayram kimi, 70-ə yaxın ölkəsində isə dövlət səviyyəsində rəsmi bayram günü olaraq qeyd edilir. Onların arasında Rusiyanı, o cümlədən işsizliyin daha çox yer aldığı İspaniya, Portuqaliya, Yunanıstanı qeyd etmək olar. Əksər 1 May nümayişləri dinc şəkildə və insidentsiz başa çatsa da, bəzən planlı qarşıdurmalar da yaradılır. Bəzi ölkələrdə bayram günü nümayişə çıxan işçilərin qanı tökülür. İndiyə kimi 1 May nümayişlərində 1000-dən çox insan öldürülüb.

Onu da əlavə edək ki, ABŞ və Yaponiyada 1 may bugünki tarixdə deyil, başqa təqvimdə qeyd edilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.