Son dəfə "Sen Anlat Karadeniz" serialında rol alan Ulaş Tuna Astepe ötən gün sevgilisi Cansu Baydar ilə İstanbulun Cihangir səmtində görüntülənib.
Axşam.az xəbər verir ki, gəzinti zamanı cütlük dava edib. İddiaya görə Ulaş və sevgilisi Cansunun mübahisəsinə səbəb itlərinin başını sığallayan iki şəxs olub.
Astepenin küçənin ortasında sevgilisinə "Onsuz da virus var. Niyə heyvanı insanların sığallamasına imkan verirsən? Etmə" deməsi, qarşı tərəfi özündən çıxarıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.