Dünyaca məşhur dizayner Viktoriya Bekhem həyat yoldaşı Devid Bekhemin xəyanətinə görə özünə qəsd etmək istəyib.
Axşam.az xəbər verir ki, bu barədə dizayner Britaniya nəşrlərinin birinə müsahibəsində danışıb.
Hadisə cütlüyün münasibətinin əvvəlində, Viktoriyanın ilk hamiləlik dönəmlərində olub:
“Bir gün Devid mənə zəng etdi. Həmin vaxt “Sipce Girls” qrupu ilə birlikdə konsert turuna çıxmışdıq. Telefonda danışanda mənə dedi ki, onun başqa bir xanımla öpüşməsi barədə şayiələr yayılıb. Şok yaşadım, çox pis olmuşdum. Bunu aydınlaşdırmaq üçün görüşəndə ona zərbə vurdum, hətta özümü öldürmək haqda da düşünürdüm. İtaliyadakı Komo gölünə getdik və problemi həll etdik”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.