banner
banner

Şou

Kim Kardashian əri və qızı ilə- YEREVANDA

Kim Kardashian əri və qızı ilə-

Amerika realiti-şou ulduzu, fotomodel, aktrisa, stilist Kim Kardashian qızı North və əri - məşhur reper Kanye West-lə - çərşənbə günü Los Ancelesdən Yerevana uçublar. Cia.az Daily Mail istinadən məlumat verir ki, onlarla Kim Kardashian-ın bacısı Kendall da Ermənistana uçur.

Daha əvvəl Us Magazine yazmışdı ki, "Kim Kardashian qohumları ilə erməni soyqırımının 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində əcdadlarının vətəni – Ermənistana" baş çəkəcək.

Kardashian-ın bacıları Khloe, Kourtney, qardaşı Rob və "Keeping Up With the Kardashians" realiti-şounun çəkiliş qrupu bazar ertəsindən Ermənistan paytaxtındadır. Ermənistanda səkkiz gün ərzində bu şounun yeni epizodunun çəkilişi keçirilməlidir.

Kardashian-lar üçün Yerevanın mərkəzində yerləşən hoteldə iki mərtəbədə nömrələr tutulub.

Kris Jenner-dən doğulmuş Kim, Khloe, Kourtney və Rob Kardashian-ların atası, erməni əsilli amerikalı vəkil Robert Kardashian əcdadları ABŞ-a Türkiyənin Kars vilayətindən mühacirət ediblər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.