Pandemiya dövründə hansı ölkələrə getmək olar? - İNTERAKTİV XƏRİTƏ
Koronavirus pandemiyası dövründə dünya ölkələrinə səyahət üçün interaktiv xəritə hazırlanıb.
Layihə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) saytında dərc olunub.
Orada, xüsusilə pandemiya ilə əlaqədar bəzi dövlətlərə daxil olmağın bütün qaydaları (hava nəqliyyatında məhdudiyyətlər, qapalı sərhədlər və ya məcburi karantin dövrü zərurəti) göstərilir.
Hər bir ərazi görülən tədbirlərin ciddiliyini əks etdirən rənglərlə işarələnib: “tamamilə qapalı” ölkələr tünd mavi, “qismən qapalı” ölkələr açıq mavi, “məhdudiyyətsiz” ölkələr solğun mavi, “dəyişikliklər haqqında məlumatların yeniləndiyi ölkələr” ağ rəngdə göstərilib.
Qeyd olunur ki, xəritə COVID-19-un yayılması fonunda dünyada baş verən bütün dəyişiklikləri nəzərə alaraq mütəmadi olaraq yenilənir. (oxu.az)
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.