Bunlar Etibar Pirverdiyevin yadigarlarıdır... - FOTOLAR
Azərbaycanın bir rayonunda elektrik dirəkləri ölüm saçır. Oxucular ANS PRESS-ə göndərdikləri şikayət məktubunda Xaçmaz rayonu Aşağı Zeyid kəndindəki vəziyyətdən narahat olduqlarını bildiriblər.
Məlumata görə, elektrik dirəklərinin vəziyyəti acınacaqlıdır. Belə ki, dirəklər köhnə olduğu üçün çoxu əyilib və ya qırılıb. Onları dəstək verərək qaldırmaq cəhdləri isə elə də uğurlu nəticələnməyib.
Bu dirəklərdən isə yaşayış evlərinin üstü ilə yüksəkgərginlikli xətlər keçir. Küləkli, yağışlı havalarda vəziyyət daha da gərginləşir.
ANS PRESS ölüm təhlükəsi ilə üzbəüz qalan kənddən fotoları təqdim edir.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.