“Evinə gələn qonaqdan yoluxub”- Müavini koronavirusa yoluxan icra başçısı da test verib
“İcra başçısı və digər əməkdaşlar da koronavirus testindən keçirilib”.
Bu barədə Musavat.com-a açıqlamasında Samux rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektoru şöbəsindən məlumat verilib.
Məlumatda bildirilib ki, icra başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsinin müdiri Qəzənfər Əliyevin koronavirusa yoluxmasından sonra icra hakimiyyətinin başçısı və bütün əməkdaşları koronavirus testindən keçiriliblər. Qeyd edilib ki, onlarda yoluxma müəyyən edilməyib.
İnformasiya təminatı və təhlili sektorundan onu da bildiriblər ki, Qəzənfər Əliyevin müalicə aldığı xəstəxana ilə mütəmadi olaraq əlaqə saxlayırlar: “Xəstəxanadan son olaraq bildirildi ki, Qəzənfər Əliyevin səhhəti yaxşıdır və yaxın günlərdə evə buraxılacaq”.
İcra hakimiyyətindən verilən məlumata görə, Qəzənfər Əliyev koronavirusa evlərinə gələn qonaqdan yoluxub: “Ailə üzvlərindən virusa yoluxan yoxdur. Hamısının səhhəti normaldır. Qəzənfər müəllim səhhətində problem olduğunu bildiyi ilk gündən işə çıxmır”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.