banner
banner

Gündəm

İstanbulda "Gendere" küçəsinin adı dəyişdirilib, "Azərbaycan" qoyulub

İstanbulda "Gendere" küçəsinin adı dəyişdirilib, "Azərbaycan" qoyulub

Ölkəmizin İstanbuldakı Baş konsulluğundan verilən məlumata əsasən, Baş konsulluğun təklifi və təşəbbüsü əsasında şəhərin mərkəzi bələdiyyələrindən olan Sarıyer Bələdiyyəsi Məclisinin müvafiq qərarı ilə, bələdiyyə ərazisindən keçən ve bələdiyyənin ən qədim küçələrindən sayılan “Cendere” küçəsinin adı dəyişdirilərək “Azerbaycan” adı ilə əvəz olunub. Sarıyer Bələdiyyə Məclisi tərəfindən verilən qərar, rəsmi prosedurların yekunlaşdırılması məqsədilə, İstanbul Böyük Şəhər Bələdiyyə Məclisinin cari ilin 13 iyul tarixində keçirilməsi nəzərdə tutulan iclasına təqdim olunub.

Məlumat üçün bildirək ki, Ümummilli Lider Heydər Əliyevin adını daşıyan və heykəlinin ucaldıldığı park da məhz Sarıyer Bələdiyyəsinin ərazisində yerləşir və Heydər Əliyevin doğum və vəfat tarixləri İstanbuldakı Baş konsulluğun təşəbbüsü əsasında bələdiyyənin cari protokol tədbirləri təqviminə daxil edilib.

 

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.