banner
banner

Sosİal

Şamaxıda büdcə işçilərinə küçə süpürtdürürlər - BİABIRÇILIQ

Şamaxıda büdcə işçilərinə küçə süpürtdürürlər

Şamaxıda bibarıçı vəziyyət yaşanır. JAM.AZ-a müraciət edən rayon sakinləri bildirirlər ki, yerli İcra Hakimiyyəti artıq bütün əndazələri aşaraq, büdcə təşkilatlarında çalışan şəxsləri işlərindən ayırıb, şəhərin küçələrini təmizlətdirir. 

Onların verdiyi məlumata görə, Şamaxıda bütün təhsil, səhiyyə və mədəniyyət işçiləri hər gün iməclik adı ilə küçələrə çıxardılır. Ardından isə onlara yer süpürtdürürlür, zibil daşıtdırılır və digər işlərə təhkim edirlər. JAM.AZ-a daxil olan məlumatda o da vurğulanır ki, İcra Hakimiyyətinin təlimatına əsasən keçirilən bu işlər rayondakı kollec, institut və digər təhsil müəssisələrində təhsil alan gənclərə də şamil edilir. Belə ki, tələbələr də hər gün iməcliyə çıxarılır və onlara ağacların gövdələrini ağartmaq tapşırılıb. 

Rayon camaatı bildirir ki, səhiyyə, təhsil və mədəniyyət işçilərinə qarşı bu cür ədalətsiz davranış, onları süpürgəçi qismində görmək istəyi ciddi qüsurdur və bunun qarşısı alınmalıdır. «Müəllim təhsil verməlidir, yer süpürməli deyil. Həkim vətəndaşların sağlamlığının keşiyində dayanmalıdır. Daha əlinə süpürgə götürüb, küçə təmizləməli deyil. Mədəniyyət işçisinin öz vəzifəsi var. Şamaxı İcra Hakimiyyəti nə etdiyini bilmir. Rayonun Mənzil Təsərrüfatı İdarəsi var, onlar nə işlə məşğuldurlar ki, müəllimə, həkimə, tələbəyə möhtac qalıblar?»

Qarşı tərəfi də dinləməyə hazırıq. 




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.