banner
banner

Sosİal

“Park Cinema” müştəriləri belə aldadır - FOTO

“Park Cinema” müştəriləri belə aldadır

“Park Cinema”da yeni yaradılmış SMS bonus sisteminin əslində işləmədiyi və müştərilərin aldadıldığı aşkarlanıb, Cia.Az Qaynar.info-ya istinadən xəbər verir.

Belə ki, redaksiyaya müraciət edən Fuad Hacıyev adlı vətəndaş aprelin 9-da “Park Cinema”da nümayiş edilən “Yarımdünya” filminə tamaşa etmək üçün online qaydada kinoteatra bilet alıb və reklam olunduğu kimi bonusdan istifadə etmək üçün sms gözləyib. Lakin sms vətəndaşa gəlib çıxmayıb. Filmi izləməyə gedərkən “Park Cinema” kassasına yaxınlaşıb online sifariş etdiyini və bu səbəbdən bonus endiriminin olduğunu bildirəndə isə kassa işçiləri müvafiq sms-i təqdim etməyi tələb ediblər: “Kinoteatrın kassasından bildiriblər ki, sizə kod gəlməyibsə, bonus hüququndan yararlana bilməzsiz”.

Belə olduqda F.Hacıyev bileti real qiymətə almaq məcburiyyətində qalıb. Səhəri gün isə onun telefonuna çoxdan gəlməli olan sms gəlib. Vətəndaş sual ünvanlayır:

“Artıq bu sms mənim nəyimə lazımdır?”

Hüquqlarının kinoteatr tərəfindən tapdalandığını deyən zəzərçəkən belə vəziyyətin bir neçə dəfə təkrarlandığını bildirib və əlavə edib ki, “sms və mail gec göndərməkləri bir yana, hələ üstəlik adamın üzünə dururular”.

Vətəndaş SMS-in onun telefonuna gecikərək gəldiyini əsas götürərək zərərə görə kinoteatrı ittiham edir və qanuni hüquqlarından istifadə edib “Park Cinema” barədə ölçü götürülməsini iddiası ilə mәhkәmәyә müraciәt edәcәk.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.