Bakıda yol polisləri xarici dil öyrənməyə başlayıblar. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, Avropa Oyunlarının keçiriləcəyi vaxt yol polislərinin xarici dil öyrənməsi üçün xüsusi tədbirlər görülür.
“Bunun üçün yol polislərinə Azərbaycan, rus və ingilis dillərində danışıq qaydalarını əks etdirən kitab verilib. Hər bir polis nəfərinə xarici turistlərlə necə davranmaq barədə tapşırıqlar verilib. Əməkdaşlarımız xüsusi treninqlər keçiblər”, - deyə Vaqif Əsədov bildirib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.