Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Vaqif Əsədov sosial şəbəkələrdə yayılan “Avropa Oyunlarında evlənmək və ölmək olmaz” kimi iddialara aydınlıq gətirib. Belə ki, bildirib ki, Avropa Oyunları zamanı Bakı şəhərinin qeyd edilən küçə və prospektləri avtomobillərin hərəkəti üçün tam bağlanacaq. "Məsələn, Koroğlu metrostansiyasının yanında toy keçirirlərsə bura getmək mümkün olmayacaq. Çünki, bu istiqamətdə bütün yollar bağlı olacaq. Bu zaman gəlin və bəy cütlüyü, qohumlar toya gecikə bilər. Toy və yas zamanı elə yerlər seçilməlidir ki, Avropa Oyunları keçirilən əraziyə yaxın olmasın. Burada əsəs məsələ yüzlərlə inanların təhlükəsizliyini təmin etməkdir".
Vaqif Əsədov paytaxt küçələrində yollara qoyulan məhdudiyyətlə bağlı yol polisinə edilən, xahiş, təzyiq kimi halların da yarana bilməyəcəyini vurğuladı.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.