banner
banner

Sosİal

Dəhşətli yanğından geriyə qalan mənzərə- FOTOLAR

Dəhşətli yanğından geriyə qalan mənzərə-

Ötən gün axşam saatlarında Bakının Xətai rayonunda yaşayış binasında baş verən yanğın zamanı sakinlərin evlərinə böyük zərər dəyib. Bunu ANS PRESS olaraq həmin binaya baxış zamanı gördük.
Müşahidələrimiz zamanı bina sakinlərinin yanmış evlərindən köçdüyünü gördük. Sakinlər yanmış evlərində salamat tapa bildikləri əşyalarını yığışdırıb köç edirdilər. Mənzillərdən birində gənc qıza aid olan protez ayaq diqqətimizi çəkdi. Gənc qız yanğın başlayanda protezini evdə qoyaraq canını çətinliklə alovun dilimlərindən qurtara bilib. 
Yanmış mənzillərin hər birində illərlə insanların zəhmətlə qazanaraq aldıqları əşyaların bir ovuc külü görünürdü. 
Sakinlər bildirdilər ki, artıq hadisə yerinə baxış keçirilib. Binanın yanmış üzlərinin dəyişdirilməsinə başlanılıb.
Xətai rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rafiq Quliyev verdiyi məlumata görə, hazırda hadisə yerində olan Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri, rayon İcra Hakimiyyətinin əməkdaşları, fövqəladə hallar komissiyasının üzvləri araşdırma aparır. Araşdırmalardan sonra əhaliyə dəymiş ziyan müəyyən edilərək və kompensasiya ödəniləcək. Bundan əlavə, sakinlər İcra Hakimiyyətinin hesabına kirayə evlərə yerləşdiriləcək. Onların evləri təmir olunana qədər kirayə haqqı dövlət tərəfindən ödəniləcək”, - deyə Rafiq Quliyev bildirib.

Qeyd edək ki, ötən gün Zığ şosesi, 16 ünvanı, "Nargilə" kafesinin arxasında yenidənqurma işlərinin aparıldığı 9 mərtəbəli yaşayış binasının fasadını üzləmək üçün qurulan taxta konstruksiyalarda başlanan yanğın sonradan mənzillərə keçib. Hadisə yerinə 10 yanğınsöndürən maşın cəlb edilib.

Yanğın zamanı 140 nəfər bina sakini yanğınsöndürənlər və xilasedicilər tərəfindən təxliyyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

FOTO: Polad Qasımov







































 




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.