banner
banner

Sosİal

Gürcüstanda yeni azərbaycandilli məktəb tikilir

Gürcüstanda yeni azərbaycandilli məktəb tikilir

Gürcüstanın Laqodexi rayonunda azərbaycanlıların yaşadığı Qabal kəndində yeni ictimai məktəb inşa olunur.

“Report”un yerli bürosu xəbər verir ki, ötən gün ölkənin baş naziri Giorgi Qaxaria hakim Gürcü Arzusu Partiyasının liderləri ilə birgə kəndə baş çəkib və tikinti işləri ilə tanış olub.

Azərbaycandilli məktəb 300 şagird üçün nəzərdə tutulub və müasir standartların tələblərinə tam cavab verəcək.  

Laqodexi bələdiyyəsində 30 ildən çoxdur yeni təhsil müəssisəsi inşa olunmayıb. Bu il Bələdiyyələrin İnkişafı Fondunun vəsaiti hesabına rayonda biri Qabal kəndində olmaqla iki ictimai məktəb tikilir.

Hakim partiyadan bildirilib ki, məktəb və məktəbəqədər təhsil müəssisələrinin inşası prioritet olaraq qalır və 2012-ci ildən bu sahədə bir sıra layihələr reallaşdırılıb. 

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.