Azərbaycanlı məşhurlar Ukraynaya toya getdilər FOTO
Koronavirus pandemiyası səbəbindən martın 15-dən etibarən Azərbaycanda toyların, el şənliklərinin keçirilməsi qadağan edilib. Lakin bəzi ölkələrdə, o cümlədən, Ukraynada bu məsələ ilə bağlı qaydalarda yumşalma var.
Müğənnilər Azərbaycanda toyların olmamasından şikayət etsələr də görünən budur ki, hələ ki, bir müddət də ölkədə el şənliklərinə qoyulan qadağa davam edəcək.
Bunu görən müğənnilərimiz də artıq Rusiya, Ukrayna toylarına üz tutmağa başlayıb.
Musavat.com xəbər verir ki, tanınmış toy aparıcısı Pünhan İsmayıllı ilə müğənni Türkan Vəlizadə Xarkovda keçirilən toy məclisinə dəvət alıb. Onlar el şənliyində olmaları ilə bağlı sosial şəbəkədə paylaşım edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.