banner
banner

Gündəm

DTX: "Terror Ermənistanın dövlət siyasətidir"

DTX: "Terror Ermənistanın dövlət siyasətidir"

21 avqust  terror qurbanlarının xatirəsinin Beynəlxalq Anım Günüdür

 

21 avqust  terror qurbanlarının xatirəsinin Beynəlxalq Anım Günüdür. Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi səhifəsində məlumat yerləşdirilib. (https://www.facebook.com/DTXAzerbaijan)

Məlumatda qeyd edilir:

- “Böyük Ermənistan” ideyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarlarının köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara qarşı dəhşətli terrorlar və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparıblar.
Azərbaycan xalqı son 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasətinə məruz qalaraq, öz tarixi torpaqlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə çevriliblər.
Ermənilər XIX əsrin sonlarından etibarən məqsədyönlü surətdə terror təşkilatları yaratmağa və onlardan qonşu xalqlara qarşı istifadə etməyə başlayıblar. 1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları 70-dən çox insanı qətlə yetiriblər. Həmin dövrdə erməni terrorçuları tərəfindən ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törədilib, 24 türk diplomatı öldürülüb.
Terroru dövlət siyasətinə çevirən müasir Ermənistan Respublikası insanlıq əleyhinə ən ağır cinayətlərə imza atıb. Bu ölkənin xüsusi xidmət orqanları Azərbaycanın müxtəlif yerlərində çoxsaylı terror aktları təşkil edib. Avtobuslarda, metroda, qatarlarda törətdikləri terrorlarla yüzlərlə azərbaycanlını qətlə yetiriblər.
Xocalı və Qaradağlı soyqırımları cəmi 28 il əvvəl dünyanın gözü qarşısında baş verən erməni terrorunun ən dəhşətli və qanlı nəticələridir. 2011-ci ildə Ağdamda 9 yaşlı Fariz Bədəlovun, Tovuzda 13 yaşlı Aygün Şahmalıyevanın, 2017-ci ildə Füzulidə 2 yaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Allahverdiyevanın, 2020-ci il iyulunda isə Tovuzun Ağdam kəndinin sakini, 76 yaşlı Əziz Əzizovun qətlə yetirilməsi bir daha göstərir ki, terror, xüsusən mülki insanların, körpələrin və yaşlıların öldürülməsi Ermənistanın dövlət siyasətidir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.