banner
banner

Gündəm

Azərbaycanda son sutkada 171 nəfər COVID-19-dan sağalıb, 162 nəfər yoluxub, 2 nəfər vəfat edib

Azərbaycanda son sutkada 171 nəfər COVID-19-dan sağalıb,

Dünyada koronavirusa yoluxanların sayı 23 milyona çatıb. Azərbaycanda isə koronavirusa yeni yoluxanların sayı 162 nəfər, sağalanların sayı 171 nəfər təşkil edib, vəfat edən isə 2 nəfər olub.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib. Onun sözlərinə görə, indiyədək ölkədə ümumilikdə 34 921 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 682 nəfər müalicə olunaraq sağalıb, 512 nəfər vəfat edib, 1 727 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Y.Qarayeva onu da əlavə edib ki, ən çox yoluxmalar 50-59 yaş arasında olub: "Yumşalmaya getməyimiz mərhələli şəkildə həyata keçirilir. Amma yoluxma sayında artmalar müşahidələr olunur, bu səbəbdən də maskadan istifadə olunmalı, sosial məsafə saxlanmalıdır".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.