Aktyor Serkan Çayoğlu ilə aktrisa Özge Gürel uzun müddətdir davam edən münasibətlərini rəsmiləşdirmək qərarına gəliblər.
Axşam.az xəbər verir ki, 2014-cü ildə "Kiraz Mevsimi" serialında tanış olub eşq yaşamağa başlayan sevgililər bir müddət əvvəl ayrılmışdı. Uzun müddət ayrı qala bilməyən aktyorlar münasibətlərinə ikinci şansı verib.
Dostları ilə tətilə gedən Serkanın sosial şəbəkədə yayımladığı fotoya Özge "Sizi çox sevirəm Serkan beyim, elə-belə deyil" şərhini yazıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.