Millət vəkili Fazil Mustafa Məmmədəmin Rəsulzadənin Bakı Metropoliteninin ərazisində qoyulan abidəsinin uçurulmasını kəskin tənqid edib. Cia.az Fazil Mustafanın "facebook"da yazdığı statusu təqdim edir: “Məmmədəmin Rəsulzadənin “Bakmil” metrostansiyasının yanında, depo ərazisində 1992-93-cü illərdə qoyulmuş büstü bu günlərdə metropolitenin rəisi Zaur Hüseynov göstərişi ilə dağıdılıb və qalıqları yük maşınına yığılaraq aparılıb. Burada böyük Azərbaycan liderinin xatirəsinə sayğısızlıq, istiqlal tariximizə qarşı hörmətsizlik, millətimizə qarşı ədəbsizlik kimi bir davranışın olduğunu xatırlatmağa xüsusi zərurət duymuram. Bir həqiqəti bilirəm ki, Allahın ucaltdığını kmisə alçalda bilməz, Allahın alçaltdığını kimsə ucalda bilməz. Rəsulzadə bu miləlt üçün Allahın bəxş etdiyi bir dəyərdir və ayrı-ayrı naqis davranışlarla onu aşağlamaq mümkün deyildir. Ancaq burada bir ciddi məqam var. Metropolitenin rəisi bu hərəkəti ilə həm də ölkə prezidentinə meydan oxuyub. Bildiyimiz kimi, prezident İlham Əliyev ötən il Məmmədəmin Rəsulzadənin anadan olmasının 130 illiyinin qeyd olunması barədə təqdir olunası bir sərəncam imzalamışdı. Həmin sərəncamda Rəsulzadənin irsinin öyrənilməsi, əsərlərinin nəşri, yubileyinin dövlət səviyyəsində qeyd olunması nəzərdə tutulmuşdu. Üstəlik də sərəncamda Rəsulzadənin büstünün və ya abidəsinin dağıdılması barədə hansısa göstəriş, işarə, ideya yox idi və ola da bilməzdi. Çünki prezidentin eyni sayğını böyük şəxsiyyətimiz Əlimərdan bəy Topçubaşiyə də göstərdiyni imzaladığı başqa bir sərəncamdan da bilirik.
Belə olan halda Zaur Hüseynovun hərəkəti prezidentin sərəncamına qarşı hörmətsizlik deyil, bəs nədir? Prezidentin sayğı göstərdiyi, yubileyini dövlət səviyyəsində qeyd etməyi tapşırdığı bir tarixi şəxsiyyətə hansısa bir məmurun hörmətsizlik göstərməsinin adı nədir? Bu səviyyəsiz hərəkət haqlı olaraq cəmiyyətimizin sağlam düşüncəli insanlarında etiraz doğurur və biz də bu etirazlara qoşuluruq”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.