banner
banner

Sosİal

Toyun toya qarışdığı vaxtlar və indi - son 30 ilin rəsmi göstəriciləri

Toyun toya qarışdığı vaxtlar və indi

2020-ci ilin ilk yarısında Azərbaycanda 17841 nikah rəsmiləşib. Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bu, 2019-cu ilin ilk altı ayı ilə müqayisədə 40 faiz azdır. Ötən ilin yanvar-iyun aylarında 29391 nikah bağlanmışdı.

Azalmanın əsas səbəbi kimi koronavirus pandemiyası fonunda tətbiq olunan toy qadağası göstərilir. Azərbaycanda toy mərasimləri martın 16-dan yasaqdır.

Novator.az əvvəlki illərin nikah göstəricilərinə də nəzər salıb.

Müstəqilliyin bərpa olunduğu 1991-ci ildə Dövlət Statistika Komitəsi nikahların sayını 74378 göstərib.

1992-ci ildə rəsmi nikahların sayı 68740-a, 1993-cü ildə 60028-ə, 1994-cü ildə 47147-yə, 1995-ci ildə 43130-a, 1996-cı ildə 38572-yə düşüb.

1997-ci ildə artım olub, 46999 nikah qeydə alınıb.

1998-ci ilin nikah göstəricisi 40851, 1999-cu ilin göstəricisi 37382-dir.

2000-ci ildə 39611 nikah bağlanıb. Sonrakı illərin göstəriciləri belə olub:

2001-ci il – 41861 nikah

2002-ci il – 41661 nikah

2003-cü il – 56091 nikah

2004-cü il – 62177 nikah

2005-ci il – 71643 nikah

2006-cı il – 79443 nikah

2007-ci il – 81758 nikah

2008-ci il – 79964 nikah

2009-cu il – 78072 nikah

2010-cu il – 79172 nikah

2011-ci il – 88145 nikah

2012-ci il – 79065 nikah

2013-cü il – 86852 nikah

2014-cü il – 84912 nikah.

2015-ci ildə nikah sayında enmə olub - 68773 nikah

2016-cı ildə nikahların sayı 66771-ə, 2017-ci ildə 62923-ə, 2018-ci ildə 62484-ə düşüb, 2019-cu ildə 63869-a yüksəlib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.