banner
banner

Gündəm

Siqareti atan insan xərçəngə tutulur? – Həkimdən AÇIQLAMA

Siqareti atan insan xərçəngə tutulur? –

Belə söhbətlər gəzir ki, guya 50-60 yaş arası və yaxud 60 yaşdan yuxarı kişilərdə siqareti atdıqdan sonra ağciyər xərçənginin yaranma riski ola bilər. Bu, çox səhv düşüncədir.

Bu sözləri Axar.az-a açıqlamasında pulmonoloq Həsən Həsənzadə siqareti trgidən insanlarda xərçəng riskinin artdığı haqda yayılan məlumatlara münasibət bildirərkən deyib.

O bildirib ki, siqareti tərgitməyin ağciyər xərçənginə səbəb olması barədə iddialar tamamilə absurddur:

“Kim sübut edə bilər ki, xərçəng həmin insanda siqareti atdıqdan sonra, yoxsa əvvəl yaranıb? Ola bilər ki, ağciyərdə xərçəng yaranıb və siqareti atdıqdan sonra tədricən inkişaf edib, ortaya çıxıb. Yəni o insanın siqareti tərgidib-tərgitməməsinin xəstəliyə aidiyyəti yoxdur. Bir daha təkrar edirəm: siqareti atdıqda xərçəng yaranmır. Bununla bağlı Azərbaycanda çox yanlış fikir formalaşıb”.

İnvaziv pulmonoloq Əsəd Abdullayev də siqareti atdıqdan sonra ağciyər xərçənginin yaranması ilə bağlı fikirləri yanlış adlandırıb:

“Siqaret çəkən insanlarda ağciyər xərçəngi riski çəkməyənlərə nisbətən dəfələrlə çoxdur. Orqanik dəyişiklik olan ağciyər xərçənginin siqareti atdıqdan sonra ortaya çıxması fikir qəti doğru deyil. Siqareti atmağın xərçəngin yaranmasıyla heç bir əlaqəsi yoxdur”.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.