banner
banner

Gündəm

"Türkiye" qəzeti Əli Həsənovu vurdu: "FETÖ-yə bağlıdır"

"Türkiye" qəzeti Əli Həsənovu vurdu:

Türkiyənin iqtidara yaxın hesab olunan qəzetində prezidentin keçmiş köməkçisi Əli Həsənovun FETÖ-çü olması barəsində material dərc olunub.

Köşə yazarı Cem Küçükün "Türkiye" qəzetində dərc etdirdiyi yazıda iddia olunur ki, Əli Həsənov FETÖ terror təşkilatının Azərbaycandakı əsas adamı olub.

Sitat: "Ötən il Azərbaycan Prezidenti İlham Əliyev ciddi kadr dəyişiklikləri həyata keçirdi. Prezidentin köməkçisi Əli Həsənov tutduğu vəzifədən azad edildi. Görünür, Prezident Əliyev həyata keçirilən islahatlara müqavimət göstərən komandanı yeniləməyə ehtiyac duyurdu. Bu dalğada Azərbaycanda media, siyasi münasibətlər, QHT və iş dünyasını koordinasiya edən Əli Həsənov da vəzifəsindən kənarlaşdırıldı".

Cem Küçük daha sonra yazır: "İlham Əliyevin həyata keçirdiyi bu islahatlar Türkiyə üçün də olduqca böyük əhəmiyyətə malikdir. Türkiyənin Şərqə çıxışı, TANAP layihəsi və Türkiyədəki Azərbaycan sərmayəsi iki ölkə üçün strateji əhəmiyyətlidir. Bununla belə, Azərbaycan hökuməti adından Türkiyədəki münasibətləri müəyyənləşdirən və tənzimləyən Əli Həsənov Azərbaycanda FETÖ ilə yaxın bağları olan və xarici güclərə söykənən bir fiqur idi.

Əli Həsənov uzun müddət Azərbaycanda FETÖ-nün ən önəmli ortaqlarından birinə çevrilmiş, bu əməkdaşıq 15 İyul çevrilişə cəhd hadisəsindən sonra da davam etmişdi. Bunun təsdiqi kimi FETÖ-nün Azərbaycandakı televiziya kanalı olan "Xəzər” TV ilə Həsənovun bağlılığını göstərmək olar. İlk vaxtlar "Samanyolu TV"-nin Bakı bürosu kimi fəaliyyətə başlamış "Xəzər" TV "Bank Asya"-nın ayırdığı kreditlə yerli yayım kanalına çevrilmiş və Həsənovla ortaq olmuşdu.

Türkiyədə ilk çevriliş cəhdi olandan sonra, 17-25 dekabr tarixlərində Bakıya səfər edən FETÖ təmsilçisi Faruk Taban orada Əli Həsənovla görüşdü. Bu görüşün nəticəsi olaraq FETÖ kadrlarının sözügedən kanalda yerləşdirilməsi təmin edildi.

"Samanyolu TV"-nin Türkiyədəki reklam departamenti rəhbəri Mehmet Özkundakçının qardaşı Gökhan Özkundakçı idi. Beləcə, FETÖ Xəzər TV vasitəsilə Əli Həsənovla televiziyanın reklam gəlirlərinə də ortaq oldu.

Hazırda Əli Həsənov tutduğu vəzifədən azad edilib. Ancaq idarəçilikdə hələ də kadrlarının qalması, eyni zamanda nəzarət etdikləri böyük maliyyə vəsaitləri onu güclü edir.

Əli Həsənovun Avropada yaşayan bəzi qələmşorları (trolları) var. Bu adamlar “Youtube” və sosial şəbəkələr vasitəsilə İlham Əliyev və onun hökümətinə qarşı qarayaxma kampaniyası ilə məşğuldurlar.

Türkiyə və Azərbaycan isə ətlə dırnaq kimidir. Talelərimiz eynidir. Bu baxımdan çox diqqətli olmaq lazımdır. Bizim üçün önəmli olan İlham Əliyev və onun hökümətidir. Türkiyə hər bir situasiyada Azərbaycanın yanındadır".

Məqalənin orijinalı ilə buradan tanış ola bilərsiniz



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.