Selen Sevigen keçmiş həyat yoldaşı Gökhan Özen haqqında məhkəməyə müraciət edərək 3 ay onlardan uzaqlaşdırılmasını tələb edib.
Selen sənətçinin dava saldığını, evlərinə vaxtlı-vaxtsız gəlib xoşagəlməz hərəkətlər etdiyini bildirib.
Baş tutan məhkəmə prosesində qadının iddiası təmin edilib və Özenin 3 ay övladlarına və Sevigenə yaxınlaşa bilməməsi qadağası qoyulub.
Qeyd edək ki, Sevigen 2010-cu ildə evləndiyi Özenin 2016-cı ildən ABŞ-a gedib-gəlməyə başladığını gprüb, 2017-ci ildə rəsmi boşanıb. Müğənni 2 ay əvvəl geri qayıdıb və qızlarının yaşadığı evə tez-tez gedib-gəlməyə başlayıb. Bundan narahat olan Sevigen ona xəbərdarlıq etsə də Gökhan qulaq asmayıb və onu təhqir etməyə başlayıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.