banner
banner

Gündəm

Xalq artistinin oğlu qəzaya düşdü- VİDEO

Xalq artistinin oğlu qəzaya düşdü-

Xalq artisti Alim Qasımovun oğlu avtomobil qəzasına uğrayıb. 

"Cia.az" Kanal S-ə (Region TV) istinadən məlumat verir ki, hadisə Bakı-Şamaxı-Yevlax magistral yolunun 119-cu km-liyində baş verib. Qəza zamanı yolun ortasında manevr edərək əks yola keçmək istəyən "İsuzu" markal avtobus arxadan gələn "Mercedes" markalı minik avtomobili ilə toqquşub.

Avtomobilinin sürücüsü A.Qasımovun oğlu Qadir Qasımov yüngül xəsarət alıb. Avtobusun sürücüsü Vidadi İsgəndərov və sərnişini isə Şamaxı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onların vəziyyəti normaldır.

Faktla əlaqədar Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri aparılacaq avtoekspertizanın rəyindən sonra müəyyənləşəcək.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.