banner
banner

Gündəm

Əhəd Abıyev milyonluq mülklərinin olduğunu təkzib edir

Əhəd Abıyev milyonluq mülklərinin olduğunu təkzib edir

Daşkəsən rayon İcra Hakimiyyəti “Kanal13”-də yayımlanan “Bumeranq” verilişində 17.09.2020-ci il tarixində efirə verilən “Masallının “kral”ı Əhəd Abıyevin topdağıtmaz nəhəng sərvəti: Hotellər, restoranlar, lüks villalar...” başlıqlı materialla bağlı təkzib yayıb.

CİA.AZ-a göndərilən məlumatda aşağıdakılar qeyd edilir:

“Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevlə bağlı əsassız, qərəzli, uydurulmuş, heç bir həqiqətə uyğun olmayan, tam yalan məlumatlardan ibarət videoya münasibət olaraq bildiririk ki, bu qarayaxma kampaniyasının araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Dövlət Təhlükəsizlik Xidmətinə tərəfimizdən müraciət edilib”.

Məlumatda bildirilir ki, adıçəkilən restoranların, otellərin, ticarət mərkəzlərinin, torpaq sahələrinin Əhəd Abıyevə heç bir aidiyyəti və onunla  qətiyyən əlaqəsi yoxdur:

 “Bu faktlardan biri təsdiqini taparsa adı çəkilən əmlaklar notarial qaydada həmin şəxsə  hədiyyə ediləcək.Hər il bayram tədbirlərində, ənənəvi olaraq, əsgərlərimiz tərəfindən xüsusi formada hazırlanmış Ermənistan bayrağı sındırılır. Bu kimi tədbirlərin birində isə əsgərlərimiz tərəfindən hazırlanan sözügedən bayrağı  Əhəd Abıyev sındırdı. Həmin bayrağı Kolumbiya bayrağına bənzədənlər isə deməli, ermənilərin dostudur.

Bilərəkdən, məkrli niyyətlə aparıcı Arzu Sayadoğlunun təqdimatında hazırlanmış şər-böhtan xarakterli məlumatları özündə ehtiva edən qərəzli video ilə Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin işgüzar nüfuzunu ləkələməyə çalışırlar.  Birmənalı olaraq bildiririk ki, ictimai fikri çaşdıran bu videodakı məlumatların heç bir əsası yoxdur, tamamilə yalandır, uydurma və şayiədir. Heç bir halda ifadə azadlığı vətəndaşın şərəf və ləyaqətini ləkələmək hüququ vermir”.

Əhəd Abıyevin təhsili məsələsinə gəlincə isə bildirilir ki, Abıyev köhnə  Xalq Təsərrüfatı İnstitutunu (indiki İqtisad Universitetini)  bitirib:

““Təfəkkür” Universitetinin diplomu ilə bağlı bildiririk ki, həmin diplom heç bir yerdə istifadə olunmayıb. Əgər surəti və ya istifadə olunduğu yer varsa, buyurub təqdim edə bilərlər”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.