Tanınmış bloger Aysel Şükürova bu gün ikinci həyat yoldaşı Oqtay Əhmədovdan rəsmən ayrılıb.
Bu haqda sosial şəbəkədə Oqtay Əhmədovun özü məlumat verib. O, bildirib ki, istəməyərək həyat yoldaşından boşanıb:
"Bu gündən etibarən artıq boşanmağımız təsdiqləndi. Çox çalışdım ki, belə nəticə olmasın. Nə xəyanət olmuşdu, nə də başqa bir şey. Şər-böhtan atıldı, keçdim. Haqqımda sosial şəbəkədə paylaşım olsa da, ayrılmağımızın səbəbini açıqlayacam. Ortaq dostlarımız bizi bir araya gətirməyə çalışdı və günahım olmaya-olmaya razı oldum. Tək istədiyim ailəmi geri qaytarmaq idi. Bunun üçün çox cəhd etdim, təəssüf ki, o razılaşmadı. Mən sevgimi və ailəmə verdiyim dəyəri beş il əvvəl də, evlilik dövründə də sübut etmişəm. Ona görə günlərdir ki, susuram. Və əsl səbəbini açıqlamıram. Tək istəyim, mənə şər-böhtan atılmasın".
Qeyd edək ki, 400 minlik toy xəbərləri ilə gündəmə gələn Aysel və Oqtay 2017-ci ildə ailə qurub. Onların əkiz oğulları var. Aysel Şükürova həyat yoldaşının ona xəyanət etdiyini iddia etmişdi.
Ayselin ilk evliliyindən isə bir oğlan övladı var.



