banner
banner

Gündəm

Türkiyəli jurnalist: "Azərbaycan Ordusu çox güclüdür"

Türkiyəli jurnalist: "Azərbaycan Ordusu çox güclüdür"

“Biz günlərdir cəbhə bölgəsindəyik. Azərbaycan Ordusunun Ermənistan əsgərlərindən qənimət kimi ələ keçirdiyi hərbi tenikaları və silah-sursatı gördük".

Bunu "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşına Türkiyənin İhlas Haber Ajansının (İHA) Azərbaycana – cəbhə bölgəsinə ezam olunmuş nümayəndəsi Murad Delice deyib.

O qeyd edib ki, Azərbaycan Ordusu 30 il bundan əvvəlki kimi deyil:

"Hazırda Azərbaycan Ordusu çox güclüdür. Bunu da beynəlxalq arenalarda göstərirlər. Bu günə qədər ortaya çıxan görüntülər də Azərbaycan Ordusunun nə qədər güclü olduğunun əyani sübutudur. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin də açıqlamaları Ordunun nə qədər ağıllı, təfəkkürlü və qərarlı şəkildə irəliləyəcəyinin və Ermənistanın illər əvvəl haqlı olmadığı halda işğal etdiyi torpaqları, Qarabağ bölgəsini geri alacağını göstərir".

“Müharibənin də bir qanunu var. Ermənistan silahlı qüvvələri hazırda qanundan kənar hərəkət edir. Yəni dinc əhaliyə güllə, top atılmaz. Heç bir halda dinc əhali müharibə zamanı vurulmaz, hədəf alınmaz. Ermənistan silahlı qüvvələri burada yanlış bir iş görür və dünyada özünü rəzil vəziyyətə salır. Amma Allah böyükdür. Şəhidlər bizim şəhidlərdir. Türkiyədə belə bir söz var - “Biz bir ölərik, min dirilərik”. Azərbaycan Ordusu da min dirilər. Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə qarşı müzəffər olacağını düşünürəm. Azərbaycandan olan həmkarlarıma, qardaşlarıma da təşəkkür edirəm”, - M.Delice bildirib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.