Hazırda Xoşqədəm Baxşəliyeva ATV-dən ayrılması ilə bağlı mətbuat konfransı keçirir.
Cia.az xəbər verir ki, xanım aparıcı ATV-dən ayrılma səbəbini jurnalistlərin diqqətinə çatdırıb: “Çox təəssüf edirəm ki, bu gün doğma kanalım haqda danışacağam. Beş il öncə layihəm ilə müxtəlif kanallara müraciət etdim və tanınmış sima olmadığım üçün məni qəbul etmədilər. “ATV” isə mənə inandı və layihəmlə tanındım. Bu gün həmkarlarımdan biri dedi ki, düşünürəm ki, bu söhbətlər piarla bağlıdır. “Səni axtarıram” müqəddəs layihədir. Veriliş haqda sosial şəbəkələrdə müxtəlif fikirlər yazılırdı. Mən hər kəsə başa salırdım ki, bu, müqəddəs layihədir, 5 il bütün gücümü “ATV”yə, “Səni axtarıram”a sərf etmişəm. Daha sonra dost kanallarından birində mənim verilişim formasında proqram efirə getdi. Gedib “ATV” rəhbərliyinə yaxınlaşdım və verilişin müəllif hüquqlarını əldə etmək istədiyimi bildirdim. Daha sonra Müəllif Hüquqlarına müraciət etdik, amma müəllif hüquqlarını mənə vermədilər. Bu mənim qüruruma toxundu". Xoşqədəm Baxşəliyeva bu məsələdə birbaşa ATV-nin prezidenti Vüqar Qaradağlını ittiham edib: “Yalana nifrət edirəm. Dəfələrlə “ATV”dən getmək istəyirdim. Üç il “ANS”dən gələn təkliflərə yox demişəm. “ATV” mənə doğma kanaldır, yenidən orada işləyə bilərəm. Yanvarın əvvəlində Vüqar Qaradağlı ilə söhbətimiz oldu. Mənə dedi ki, istəyirəm layihəni yayımdan qaldırım. Əvvəl sezonun axırında verilişi bağlamağa razılaşdıq. Daha sonra məni çağırıb dedi ki, mənə tapşırıblar ki, “Səni axtarıram” efirə getməməlidir. Dedim ki, onda ərizə yazacaqsanız ki, bu layihə Xoşqədəmə aiddir. Yeni verilişə başlamağım üçün o ərizəni mənə vermədi. Bu layihə mənə aiddir. Burada yüzlərlə insanın ümidi, göz yaşı var. Mənə dedi ki, get başqa kanalda layihəni davam etdir, belə bir veriliş yayımlanmayacaq. Təbii ki, inanmadım. Və verilişin hüquqlarını göstərən şəhadətnaməni aldım”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.