banner
banner

Gündəm

"Hörmətsizliyi kimsə bu məmurlara bağışlamayacaq" Millət vəkili

"Hörmətsizliyi kimsə bu məmurlara bağışlamayacaq"

Millət vəkili Fazil Mustafa Milli Məclisin bugünkü iclasında etdiyi çıxışın mətnini yayıb. 
Cia.az millət vəkilinin çıxışını təqdim edir:
“Roma papasının yalançı erməni soyqırımını tanıdığını bəyan etməsinə təəccüblənməməliyik. Çünki tarixi vəhşiliklərlə dolu bu katolik kilsəsinin başçısı, Yaxın Şərqdə özləri kimi vəhşiliklər törətmiş ermənilərlə bir platformadan çıxış etməliydilər. Ancaq onların həmrəyliyindən təəssüf ki, biz bir şeylər öyrənmək istəmirik. Ötən iclasda məsələ qaldırdım ki, gəlin 24 apreli Azərbaycanda Çanaqqala Zəfərinin 100 illiyini bayram edərək Türkiyə ilə həmrəylik göstərək, Rəsmi səviyyədə hansı münasibət ortaya qoyulmadı. Yaxud da daxilimizdə Azərbaycanın bir çox vəzifəli şəxslərinə başa salmaq mümkün deyildir ki, Məmmədəmin Rəsulzadə bu millətin ən uca dəyərlərindən biridir, onu aşağılamaq olmaz, adamlar öz bildiklərini davam etdirirlər.
Baxın, son 15 ildə 10 şəhərdə Rəsulzadənin büstü götürüldü, Bakı Dövlət Universitetindən adı və abidəsi yığışdırıldı, indi də Bakmill metro stansiyasından büstü guya yararsız vəziyyətinə görə yığışdırılıb harasa atıldı. Buyurun cənab məmurlar, Allah deyirik, tanımırsınız, Konstitusiya deyirik, tanımırsınız, Qanun deyirik, əməl etmirsiniz, heç olmazsa sizi vəzifəyə təyin edən prezidentin Rəsulzadənin 130 illiyinin qeyd olunması ilə bağlı verdiyi sərəncamı oxuyub əməl edin. Orada harada yazılıb ki, Rəsulzadənin büstünü götürmək olar? Prezident sərəncam verir ki, Rəsulzadənin xatirəsini uca tutmalıyıq, siz gedib büstünü dağıdırsınız, yaxud da heykəlinin başına torba keçirirsiniz. Məmmədəmin bəyə qarşı hörmətsizliyi kimsə bu məmurlara bağışlamayacaq. İndi öz ölkəmizdə baş verən bu cür davranışlar qarşısında niyə Papanın ermənilərlə həmrəyliyinə irad bildiririk?"

Cia.az




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.