banner
banner

Gündəm

Bu rayonlarda qaz təchizatı dayandırılacaq- SİYAHI

Bu rayonlarda qaz təchizatı dayandırılacaq-
Bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq.
Aprelin 15-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Yeni Zabrat”, “Ramanı” və “Yeni Suraxanı”, Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “Duvanı”, “Mədrəsə” və “Ağsu”, Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Göyçay-3” və “Yaqublu”, Qazax Magistral qaz kəmərləri sahəsinin “Dondarquşçu”, Astara Magistral qaz kəmərləri sahəsinin “Yardımlı”, Siyəzən Magistral qaz kəmərləri sahəsinin “Yaşma” və “Giləzi” Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.
Təmir işləri aparılan müddətdə Oğuz, Ağsu və Kürdəmir rayonlarının, Qobustan rayonunun Duvanı qəsəbəsinin, Göyçay rayonunun Mirzəhüseynli kəndinin, Tovuz şəhərinin bir hissəsinin və rayonun Dondar, Ocaqlı, Azaflı, Əsirik, Ağbulaq, Bayramlı kəndlərinin, Yardımlı şəhərinin bir hissəsinin və rayonun Bozayran, Qabazgibi, Sırıq, Mişgiriyin, Cölyəbi kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin Bakı şəhəri Sabunçu rayonunun Ramanı, Yeni Suraxanı və Zabrat qəsəbələrinin bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.