Kopenhagendə Gəncə terroru qətiyyətlə pislənib FOTO
Danimarkada yaşayan azərbaycanlılar Kophenhagen şəhər bələdiyyəsinin binası qarşısındakı “Radhuspladsen” meydanında icazəli aksiya keçirib. Aksiya iştirakçıları Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinin vandalizm aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsini pisləyiblər.
Soydaşlarımızın təşəbbüsü ilə keçirilən aksiyada türk icmasının nümayəndələri də iştirak edib. Aksiyada Kopenhagen Universitetinin professoru, Beynəlxalq Başağrıları Cəmiyyətinin rəhbəri Məsud Aşina, Vətən Cəmiyyətinin rəhbəri Səfər Sadiqi, hüquqşünas Emil İgidov, Aytac İmanova, Leyla Hüseynova, Skandinaviya Türk Federasyonları başkanı İlhan Esen, Türkiyənin Danimarkadakı səfiri Uğur Kənan İpək çıxış edərək Qarabağ həqiqətləri, Xocalı Soyqırımı, Gəncə terroru barədə danışıb, dünya ictimaiyyətini günahsız uşaqların ölümünə biganə qalmamağa səsləyiblər.
Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində isti yataqlarında yatarkən qətlə yetirilən məsum körpələrin xatirəsini yad etmək üçün meydana rəmzi olaraq uşaq yataqları düzülüb. Yataqların üzərində şamlar yandırılıb, oyuncaqlar və gül dəstələri qoyulub. Azərbaycan, Türkiyə və Danimarka bayraqlarının dalğalandığı meydanda Azərbaycan Respublikasının Dövlət Himni oxunub, müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə cəbhə zonası deyil!”, “Erməni terrorçuluğuna son qoy!”, “Uşaq ölümünə son qoy!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan, BMT qətnamələrinə əməl et!” kimi şüarlar səsləndirilib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.