Xırdalanda partlayış baş verən bina artıq tam təmir olunub və orada yaşayan vətəndaşlar öz evlərinə qaytarılıb.
Bunu AzVision.az-a açıqlamasında Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyib.
Komitə rəsmisi bildirib ki, partlayış zamanı zərərçəkən qaçqın və məcburi köçkünlərin hər birinin evi təmir olunub.
Xatırladaq ki, bu ilin sentyabrın 8-də Xırdalan şəhərindəki 26-cı məhəllədə qaçqın və məcburi köçkünlərin yaşadığı yarımtikilidə baş verən dəhşətli partlayışda 4 nəfər ölüb, 8-i isə yaralanıb. Bina təmir olunana qədər zərərçəkənlər Xırdalan qəsəbəsində çadırlarda yerləşdirilmişdi. Binada əsasən Qubadlıdan olan məcburi köçkünlər məskunlaşıblar.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.