"Məzlum erməni" obrazı artıq dağılmaqdadır, ovuclarında hazır saxladıqları yalanlara da inananlar sürətlə azalır... Erməni lobbisinin dünyanı "barmağına doladığı" dövr də artıq sona çatmaqdadır... Barbarları daha çox rəzil olmaqdan xilas edə biləcək yeganə siyasi iradə mərkəzi isə Azərbaycan paytaxtındadır...
Cənubi Qafqaz regionu dünyanın diqqət mərkəzindədir. Son vaxtlar dünya mətbuatında bu regionda cərəyan edən geopolitik proseslərə xüsusi diqqətin ayrılması da bu reallığı əks etdirir. Və böyük ehtimalla bu regionda baş verənlər yaxın gələcəkdə dünya mediası üçün daha prioritet olacaq.
Çünki artıq bir çox beynəlxalq siyasi iradə mərkəzləri Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərə sadəcə, regional hərbi-siyasi ziddiyyətlər kimi yanaşmaq vərdişlərindən tədricən uzaqlaşmağa başlayıblar. Və bu, olduqca önəmli faktordur.
![]()
Məsələ ondadır ki, artıq bir çoxları Cənubi Qafqazda yeni dünyanın şəkilləndirilməsində ilk mərhələ sayıla biləcək hadisələrin baş verdiyini anlamış kimi görünürlər. Bu isə istər-istəməz baxış bucağını məhz özəl maraqların tələbləri istiqamətinə yönəlməsinə sövq edir.
Heç şübhəsiz ki, bu önəmli dəyişiklik Azərbaycan üçün də müəyyən imkanlar açır. Belə ki, Azərbaycan ordusu ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda həlledici savaşın içərisindədir. Və belə vəziyyətdə hərbi əməliyyatların hədəfinin dünya ictimaiyyətinə doğru-düzgün ifadə edilməsi böyük önəm daşıyır.
Məsələ ondadır ki, mübarizə yalnız savaş meydanında deyil. Bu prosesin bir də "informasiya ayağı" var. Tam qələbə, problemin birdəfəlik dünya gündəmindən çıxarılması üçün erməni yalanlarının darmadağın olunması, əsl həqiqətlərin təbliği ilə düşmənə sonuncu sarsıdıcı zərbənin vurulması da vacibdir.
Təbii ki, xarici mediada Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağ problemi ilə bağlı reallıqların işıqlandırlılması hələlik o qədər də məmnunedici səviyyədə deyil. Eyni zamanda, hazırda Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək məqsədilə başlatdığı antiterror əməliyyatları barədə də Qərb mətbuatında doğru-düzgün məlumatlandırma istəyini müşahidə etmirik. Çünki Qərb mətbuatı Azərbaycana qarşı qərəzli mövqe tutmaqdadır. Qərb mətbuatında məlumatlar əsasən Ermənistanın mənafeyinə uyğun verilməkdədir.
![]()
Ancaq bununla belə, bəzən Qərb mərbuatında Azərbaycanın mövqeyinin ifadə olunması hallarına da rast gəlinir. Belə ki, son vaxtlar Azərbaycan informasiya savaşında da müəyyən uğurlara nail olmağa başlayıb. Xüsusilə də Ermənistanın dinc sakinlərin yaşadığı, cəbhə bölgəsindən uzaqda yerləşən şəhərlərə raket zərbəsi endirməsi istər-istəməz Qərb mətbuatının diqqətini çəkməyə başlayıb.
Əlbəttə ki, Qərb mətbuatında Azərbaycan həqiqətlərinin doğru-düzgün işıqlandırılmamasının əsas səbəbləri sırasında xarici ölkələrdə yaşayan erməni lobbisinin təsiri ön plandadır. Erməni lobbisi öz təsir gücündən yararlanaraq, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına əngəl törədir.
Bunun əvəzində isə ermənilərin maraqlarına uyğun yalan məlumatların yayılmasına nail olurlar. Bu baxımdan, erməni lobbisinin ən güclü olduğu ölkələr arasında yer alan ABŞ və Fransa mediasında Azərbaycana qarşı qərəzli mövqe, erməni yalanlarının geniş yayılması daha qabarıq şəkildə nəzərə çarpır.
Onu da qeyd edək ki, vəziyyətin belə olmasında bizim də müəyyən qədər səhvlərimiz var. Belə ki, indi yaranmış vəziyyət onu göstərir ki, vaxtilə Azərbaycanın xarici ölkələrdə təbliğatının qurulmasına görə məsuliyyət daşımalı olan bəzi dövlət qurumları öz vəzifələrinin öhdəsindən tam gələ bilməyiblər. Və inanmaq istərdim ki, bundan sonra belə çatışmazlıqların aradan qaldırılmasına xüsusi önəm veriləcək.
![]()
Ancaq onu da qeyd etmək lazımdır ki, Azərbaycana qarşı açılan informasiya cəbhəsinin də rəsmi Bakı tərəfindən artıq yarıldığını düşünmək üçün ciddi əsaslar var. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev bu istiqamətdə ön planda yer almaqdadır və birmənalı şəkildə böyük uğurlar qazanmaqdadır.
Prezident İlham Əliyev hər gün bir və ya bir neçə nüfuzlu xarici ölkə telekanallarına, digər media qurumlarına geniş müsahibə və açıqlamalar verməkdədir. Və Prezident İlham Əliyevin müsahibələri, açıqlamaları erməni lobbisinin xarici ölkələrdə yaydığı erməni yalanlarının darmadağın edilməsində önəmli rol oynayır.
Bu baxımdan, Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan ordusunun hərbi əməliyyatları barədə dünyanın nüfuzlu media qurumlarına müsahibələri sayəsində erməni lobbisinin “informasiya istehkamları”nın da tədricən darmadağın olduğunu iddia etmək tamamilə mümkündür.
Ümumiyyətlə, gələcəkdə bu istiqamətdə Azərbaycanın daha məqsədyönlü şəkildə fəaliyyət göstərməsi lazımdır. Və əminəm ki, dövlətimiz, eləcə də əlaqədar bütün qurumlar bu sahəyə diqqəti artıracaqlar.
![]()
Gələcək perspektivdə Azərbaycan həqiqətlərinin bütün dünyada təbliğ olunmasının milli prioritetlərin sırasında ön plana çıxarılması vacibdir. Çünki savaş meydanında qazanılan zəfərlərin informasiya məkanında təzahürü bu region haqda məlumatsız olanlara daha anlaşıqlı izah edilməlidir. Bu, düşmənin informasiya təxribatlarını neytrallaşdıra biləcək ən önəmli faktordur.
Məsələn, cəmisi bir müddət öncəyə qədər Qərb mətbuatı erməni tezisləri üzərindən xəbər tirajlayırdı. Gəncəyə atılan raketlərin dağıntıları altında həlak olan uşaqların, qadınların və qocaların faciəsinə gözlər qapadılırdı, əvəzindəsə, Xankəndidə hansısa boş və əhəmiyyətsiz binanın sınmış şüşələri süni "erməni gözyaşları" ilə təqdim olunurdu.
Ancaq rəsmi Bakı bu ədalətsizliyin aradan qaldırılmasının yolunu vaxtında tapdı. Erməni barbarlığına hədəf olmuş ərazilərə xarici ölkə səfirliklərinin nümayəndələri və Qərb mətbuatının təmsilçiləri aparıldı. Nəticədə hər kəs, hər şeyi öz gözləri ilə gördü. Süni "erməni gözyaşları" da öz ənənəvi təsir gücünü itirdi.
Belə anlaşılır ki, "məzlum erməni" obrazı artıq dağılmaqdadır, ovuclarında hazır saxladıqları yalanlara da inananlar sürətlə azalır. Erməni lobbisinin dünyanı "barmağına doladığı" dövr də artıq sona çatmaqdadır. Yəni, erməni uydurmaları artıq heç kimə lazım deyil. Heç kim bu barbarların tək ayaq üstündə quraşdırdığı 40 mərtəbəli yalanların aləti olmaq istəmir.
![]()
Bu reallıq Paşinyan hakimiyyətinin davamlı xarakter daşıyan "göz yaşları"na verilən siyasi reaksiyalarda da özünü göstərir. Belə ki, dünyanın heç bir ölkəsində özünə hörmət edən siyasi lider BARBARISTAN baş naziri Nikol Paşinyanın sərsəmləmərinə əhəmiyyət vermir. Hətta mümkün qədər bu siyasi təlxəkdən uzaq durmağa, məsafə saxlamağa çalışırlar.
Məsələ ondadır ki, hərbi əməliyyatlarının başlandığı ilk gündən bu siyasi təlxək yaranmış situasiyanı düzgün dəyərləndirmək əvəzinə göz yaşı tökməklə, ağlamaqla məşğuldur. Və öz yalvarışları ilə də dünyada bezdirmədiyi dövlət başçısı qalmayıb.
Gecə-gündüz yatmadan telefon aparatının başında növbə çəkir. Saat fərqi olduğu üçün zəng edəcəyi dövlət başçısının yuxudan ayılmasını gözləyir. Halbuki, əldə etdiyi elə bir ümidverici nəticə də yoxdur. Dünya liderlərindən bəziləri onu diplomatik şəkildə başından edir, digərləri isə artıq bezdikləri üçün ümumiyyətlə, telefonun dəstəyini üzünə qapadırlar.
İndi daha bir yeni metod "kəşf" edib. Artıq öz uydurma göz yaşlarını kağıza tökür, yalvarışlarını məktub versiyasına çevirib.
![]()
Ancaq bu yeni "model"dən də bir nəticə çıxacağı qətiyyən inandırıcı görünmür. Çünki bu siyasi təlxəyin Rusiya prezidenti Vladimir Putinə yazdığı "şanlı məktub"un aqibəti hər kəsə məlumdur. Məktuba Rusiya Xarici İşlər Nazirliyindən verilən cavab diplomatik başdan etmə kimi görünsə də, əslində, olduqca aşağılayıcı məzmun daşıyır.
Bu isə o deməkdir ki, siyasi təlxəyin "məktub diplomatiyası" elə başlanğıcdaca iflasa uğrayıb. Verilən cavabdan da aydın olur ki, N.Paşinyanın məktubunu sadəcə, əzişdirib, "zibil qutusu"na atıblar. Bu, BARBARISTAN baş nazirinin siyasi faciəsidir.
Azərbaycan ordusu isə barbarları savaş meydanında əzişdirməkdə davam edir. Ona görə də, bu təlxək əvvəl-axır anlamalıdır ki, ona-buna telefonla zəng etmək, məktub yazıb, rəzil olmaq əvəzinə, məğlubiyyətin etirafı və təslimiyyətlə bağlı sülh sazişinin imzalanması üçün Azərbaycan Prezidentinə müraciət olunması yeganə çıxış yoludur.


