67 yaşlı qonşusunu döyməkdə ittiham olunan müğənni Halil Sezainin məhkəməsi baş tutub.
Axsam.az xəbər verir ki, ifaçının həbs edilməsi tələbi ilə baş tutan məhkəmədə şikayətçi Hüseyin Meriç və hər iki tərəfin vəkilləri iştirak etsə də, Halil Sezai məhkəməyə virtual qatılıb.
İfaçı məhkəmədə silahla təhdid etmə, təhqir, mülk toxunulmazlığını pozmaq, silahla qəsdən adam yaralama kimi cəzalarla ittiham olunub.
Məhkəmə prosesi zamanı məşhurun 13 il 10 ay müddətində həbs olunması haqqında iddia irəli sürülsə də, ona 1 il 11 ay cəza verilib. Sonra isə Sezai sərbəst buraxılıb.
Qeyd edək ki, hadisə Türkiyənin Tuzla şəhərində yaşanıb. İstanbul Baş Prokurorluğunun apardığı araşdırmalara görə, sentyabrın 15-də tərəflər arasında yaşanan gərginliyə səbəb 67 yaşlı qonşusunun çəkilişə etiraz etməsi olub. Hüseyin Meriçi döyən müğənni daha sonra ondan üzr istəyib. Lakin Halil Sezainin qonşusunu döydüyü görüntülərin ortaya çıxması tərəflər arasında gərginliyi məhkəmə zalına qədər aparıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.