banner
banner

Gündəm

Havaların soyuması döyüşlərə necə təsir edəcək - açıqlama

Havaların soyuması döyüşlərə necə təsir edəcək - açıqlama

Üzeyir Cəfərov: “Bu, düşmənin işini çətinləşdirəcək, müqavimətini qıracaq”

Artıq Vətən müharibəsinin ikinci ayındayıq. Azərbaycan Ordusu işğal altında olan 4 böyük şəhəri, bir neçə yaşayış məntəqəsini, 200-ə yaxın kəndimizi işğaldan azad edib. Ordumuzun möhtəşəm və uğurlu döyüş əməliyyatları Müdafiə Nazirliyi tərəfindən yayılan videogörüntülərdə də öz əksini tapır.

Döyüş zamanı heç şübhəsiz ki, əsas faktorlardan biri də hava şəraitidir. Hava şəraitinin əlverişli olması ordumuzun döyüş əməliyyatlarını həyata keçirməsinə imkan yaradır. Əsasən də pilotsuz uçuş aparatlarının, texnikaların hərəkətinə əlverişli zəmin yaradır. Ordumuzun oktyabr ayında əldə etdiyi böyük uğurda havaların həddindən artıq yaxşı keçməsi də öz təsirini göstərdi. 

Hava şəraitinin pisləşməsi, temperaturun kəskin aşağı düşməsi, yağıntıların başlaması döyüş əməliyyatlarına necə təsir edə bilər?

Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, hər bir döyüşdə hava faktoru çox önəmlidir:

“Bu məsələyə səthi yanaşmağın tərəfdarı deyiləm. Amma indiki vəziyyətdə bundan çox narahat olmağa da dəyməz. Hələ ki qar yoxdur. Sərt qış da başlamadığı üçün hərəkət məhdudiyyəti yoxdur. Şübhəsiz ki, ordu komandanlığı bilir ki, ordu haradadır, onun təminatı necədir və nə etmək lazımdır. Qida, geyim və silahla bağlı lazım olan bütün məsələlər tam olaraq həll olunub.

Üzeyir Cəfərov: “Azərbaycan ordusunun güclənməsini istəmirlər”

Üzeyir Cəfərov 

Ola bilər ki, əməliyyatlar çətinləşər. Fərz edək ki, yaxşı havada ordumuz gün ərzində 10 kilometr qət edirdisə, çətin hava şəraitində 6 kilometr ola bilər. Bunu misal olaraq göstərirəm. Çünki iqlim özünün təsirini göstərəcək və irəlilədikcə müəyyən işləri də görmək zərurəti yaranacaq. Amma bütün bunlara baxmayaraq, əməliyyat davam edəcək. Hər kəsə də məlumdur ki, Azərbaycan Ordusu artıq işin əsass hissəsini görüb".

Ü.Cəfərov deyir ki, havaların pisləşməsi daha çox düşmənin işini çətinləşdirəcək, müqavimətini qıracaq:

“Onu da nəzər almaq lazımdır ki, hava şəraitinin çətinləşməsi bir tərəfdən də düşməni çökdürəcək. Onsuz da ağır durumda olan erməni silahlıları bir həftəyə, bir aya tam yanacaqsız silahsız, ərzaqsız qalacaq. Düşmən çökməyə məhkumdur. Ortada qalan Ağdam, Xocavənd istiqamətində qalan düşmən qoşunları ya təslim olacaq, ya da geri çəkilməli olacaqlar. Bu da artıq müharibənin də taleyinin həll olunması anlamına gəlir.

Bir ümidləri "Su-25" təyyarələrinə idi. Artıq həmin təyyarələr də hava qaldırıldıqca vurulur".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.