Kişilər, diqqət! Bu səhvləri edirsizsə, xanımınız sizdən soyuya bilər. Ailem.az qadınları kişilərdən soyudan 10 davranıı təqdim edir.
Baxımsızlıq
Kişi çox içki içər və siqaret çəkirsə, ətrafa pis qoxu saçırsa, gigiyenik təmizliyə əvvəlki qədər önəm vermirsə, qadın bundan narahat olub ona toxunmaq və sekslə məşğul olmaq istəməz.
Çox qısqancılıq
Qadınlara qarşı çox qısqanclıq və çox sahiblənmək davranışı əvvəl-əvvəl yaxşı bir təsir yarada bilər. Ancaq bu davranışlar şiddətə dönüşübsə, qadında mənfi təsir yaradar.
Təzyiq göstərmək
Qadının da, kişinin də öz dünyası var. Əgər kişi təzyiq göstərək öz dünyasını qadına qəbul etdirmək istəyərsə, sonda iki dünya toqquşar. Hər iki insanın dünyasının fərqli olduğunu qəbul etmək lazımdır. Əks halda qadın psixoloji olaraq düşünər və soyumağa başlayar.
Diqqətsiz yanaşmaq
Sevgili olduğu zamanda kişi qadına qarşı daha diqqətcil, sevgi, qayğı dolu münasibət göstərsə də, ailə qurduqdan sonra zaman keçdikcə kişinin bu davranışlarının dəyişməsi qadını itirməyin qısa yoludur. Qarşılıqlı sevgi və qayğı həmişə canlı tutulmalıdır.
Eqoistlik
Həssas olan, həmişə diqqət istəyən tərəf qadın olarkən, kişinin özünü çətinliklə mərkəzə yerləşdirmək istəməsi sonda mənfiləri özü ilə bir gətirir.
Tələskən olmaq
Qadınlar cinsəllik başda olmaqla digər məsələlərdə də kişilərin tələskən olmasından narahat olurlar. Münasibət səbr və hörməti gərəkdirən bir dövrdür. Əks halda bu, nizamsız bir qadın halına səbəb olar.
Uzun müddət sekslə məşğul olmamaq
Uzun müddət cinsllikdən uzaq durmaq cinsi istəkləri azaldır. Cinsi həyatı fantaziya, həyəcandan kasıb olan cütlük zamanla bir-birindən uzaqlaşır. Qadın istəməsə belə, kişilər ona toxunub, erotik masaj etməlidirlər.
Qadının istəmədiyi davranışlarda təkid etmək
Qadının istəmədiyi davranışlarda təkid etmək qadını qəzəbləndirır və qəzəbli qadın ərindən soyuya bilər.
Cinsi performans təkidi
Cinsəlliyin sevgi və hörmətlə birgə yaşanması lazımdır. Cinsəllik sadəcə cinsi orqanlarn birləşməsi deyil. Tərəflər hər yaşda cinsəllik zamanı sevgi və güvən duyğularını paylaşmalıdır.
Qadının bədənini bəyənməmək
Qadınlar bədənlərinin necə göründüyünə çox əhəmiyyət verərlər. Buna görə sevdyi insanın onun bədəni haqqında düşüncəsini çox önəmsəyirlər. Əgər kişi ona tərif deməsə, bəyəndiyini və arzuladığını qadına hiss etdirməsə, qadın özgüvənini itirər və kişidən soyuyar.//Ailem.az


