İtaliyanın məşhur aktrisası Klaudiya Kardinale Azərbaycanla bağlı müsbət fikirlərini bölüşüb. Məşhur aktrisa "Nargis magazine” jurnalına açıqlama verərək bunları bildirib: “Bakı gecələri çox xoşuma gəldi. Şəhər işıq saçır, hər yerdə işıqlar var”.
Xatırladaq ki, Klaudiya Kardinale bir müddət əvvəl Bakıda qonaq olub. İtaliya kinosunun ən məşhur simalarından olan Marçello Mastroyanni ilə çəkildiyi “Yaraşıqlı Antonio”, Alen Delonla birlikdə rol aldığı “Rokko və onun qardaşları”, eləcə də “Leopard”, “Böyük Ayının dumanlı ulduzları”, “İnteryerdə ailə portreti” kimi filmlər onu Avropa kinosunun ulduzuna çevirib.
Həmçinin K.Kardinale “Çəhrayı pantera” filmindəki obrazı ilə Hollivudu da “fəth edib”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.