banner
banner

Sosİal

Koronavirus tank kimi üzərimizə “gəlir”

Koronavirus tank kimi üzərimizə “gəlir”

Azərbaycanda koronavirusa yoluxma sayı 66 mini keçib,  852-nəfər ölüb

Dünyada və Azərbaycanda koronavirusa yoluxanların sayı gündən-günə artır. Yazını hazırladığımız zaman dünyada 51 milyon 244 mindən çox adamda koronavirus aşkarlandığı bildirilib. Virusdan ölənlərin ümumi sayı 1 milyon 270 mindən çoxdur. 36 milyondan çox insan isə sağalıb. Yoluxma sayına görə yenə ilk üçlükdə olan dövlətlər ABŞ (10 421 956 nəfər), Hindistan (8 591 730 nəfər) və Braziliyadır (5 675 766 nəfər). Sərhəd qonşularımız Rusiyada 1 796 132, İranda 692 949, Türkiyədə 396 831, Ermənistanda 107 466, Gürcüstanda isə 60 680 nəfərdə koronavirus müəyyən edilib.

Azərbaycanda koronavirusa yoluxan 66 046 nəfərin 852-si ölüb, 49 411-i sağalıb.

Azərbaycanda virusun yayılmasının qarşının alınması məqsədilə bir sıra qabaqlayıcı tədbirlər (məktəblərin bağlanması, bir neçə rayona gediş-gəlişin məhdudlaşdırılması, saat 19:00-dan saat 06:00-a kimi kamendant saatının tətbiq edilməsi) görülsə də, bu yoluxma sayına təsir etməyib. Əksinə virusdan əziyyət çəkənlərin sayı durmadan artır. Mütəxəssislər ölkəmizdə virusun artma səbəbini müharibə vəziyyəti ilə əlaqələndirirlər. Insanlar son günlər qələbə xəbərlərini küçələrdə toplaşaraq qeyd edir, karantin qaydalarına riayət etməyi unudublar. Bu da yoluxma sayının artmasına öz təsirini göstərib. 

Yaqut Qarayeva: “Hazırda yoluxma vəziyyəti stabildir, hansı qərarlar  veriləcəyi Operativ Qərargahdan asılıdır"

Bununla belə, COVİD-19-a qarşı birgə mübarizə aparmaq məqsədilə bir neçə gün öncə Azərbaycana xaricdən bir qrup həkim də gətirilib. Nəzərə alınsa ki, hazırda həkimlərin əksəriyyəti cəbhəyə cəlb olunub, xarici mütəxəssislərin indiki məqamda ölkəmizdə olması önəm daşıyır. Gələn mütəxəssislərin bir qrupu Kubadandır. Kubanın beynəlxalq Fəlakət vəziyyətləri və epidemiyalar üzrə həkimlər kontingentinin müxtəlif ixtisaslı 100-dən çox səhiyyə işçisi azərbaycanlı həkimlər və tibb personalı ilə təcrübə mübadiləsində iştirak edir və ayrı-ayrı xəstəxanalara cəlb ediliblər. Bu heyət 3 ay müddətində Azərbaycanda olacaq. Bəs görəsən, kubalı həkimlərin təcrübəsi bizə nə dərəcədə kömək edəcək?

Məlumat üçün bildirək ki, kubalı həkimlər Azərbaycana artıq ikinci dəfədir ki, səfər edirlər.  İyul ayında baş tutan birinci səfərdə 115 mütəxəssisdən ibarət həkim qrupu gəlmişdi.

Eyni zamanda Azərbaycanda yoluxma sayını azaltmaq üçün daha nələr edilməlidir?

Mərdan Əliyev həm peşəkar, qayğıkeş və səmimi insan » Qanun və Hədəf

Mərdan Əliyev 

Bizimlə söhbətdə infeksionist Mərdan Əliyev bildirib ki, virusun qarşısını almaq üçün ən vacib üç qaydaya əməl etmək lazımdır: “Maskadan istifadə etmək, sosial məsafə saxlamaq, gigiyena qaydalarına əməl etmək lazımdır. Belə olan halda 96-97 faizə qədər virusa yoluxma riski azalır. O ki qaldı xaricdən gələn həkimlərə, Kubadan gələn həkimlər COVİD-19 mərkəzlərində çalışırlar. Nə dərəcədə hazırlıqlı həkimlərdir, onu deyə bilmərik. Çünki Kubada səhiyyə sistemi o qədər də inkişaf etməyib. Ona görə müsbət nə isə deyə bilmirəm”.

İnfeksionist əlavə edib ki, bu virusun qarşısının alınması üçün əsas insanların fərdi şəkildə maarifləndirilməsi olmalıdır: “Qanun-qayda üçün maska taxırlarsa, bunu sadəcə cərimələməmək üçün edirlər, ona görə də düzgün istifadə etmirlər. Maskanı gah ağıza taxırlar, gah çənənin altında saxlayırlar, yetər ki, cərimə olunmasınlar. Anlasalar ki, maska həqiqətən də vacibdir, o zaman doğru-düzgün taxacaqlar. Ətrafımızdakıları da maarifləndirməliyik. Hər kəs başa düşməlidir. Bir il bundan qabaq koronavirus başlayanda heç kim inanmırdı, insanlar da düzgün istifadə edə bilmirdilər.  Hətta utanırdılar əvvəllər maska taxmağa. Amma sonradan baxdıq ki, artıq insanlar maskalara öyrəşməyə başlayıblar. Bir sözlə, insanlar bu üç qaydanın önəmini dərk etsələr, yoluxma sayı da azalacaq”.

Hazırda xəstələrin sayının çoxaldığını deyən M.Əliyev qeyd edib ki, virusa yoluxan insanlar əsasən gənc, orta yaşlılardı: “Mən iki klinikada çalışıram.  Son günlər xəstələrin sayının çoxaldığını müşahidə edirik. Birinci dalğa zamanı da, indi də statistikaya uyğun olaraq xəstəxanamızda yoluxanların sayı artıb. Dövlətin təqdim etdiyi rəqəmlər yüksək olduqca biz də bunu xəstəxanada müşahidə edirik. Əsas da xəstəliyin ağırlıq dərəcəsini pnevmoniyalardan hiss edirik. Birinci dalğa zamanı da pnevmoniyadan əziyyət çəkənlər çox idi. Indi də çoxdur. 

Xəstəliyi ağır keçirənlər əsasən ikitərəfli pnevmoniyası olanlardı, 35-37 yaşında olan xəstələr olur, cavan adamın niyə koronavirusu ağır keçirdiyini araşdırırıq, məlum olur ki, özünün də xəbəri yoxdur,  yüksək şəkəri var. Eyni zamanda kimyəvi dərman qəbul edənlər, yanaşı xəstəliyi olanlar koronavirusu ağır keçirirlər".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.