Azərbaycanda iyun ayında keçiriləcək I Avropa Oyunları üçün Səhiyyə Nazirliyi Respublika Təcili Yardım Stansiyasının həkimləri xüsusi təlimlər keçib.
Təcili Yardım Stansiyasının direktoru Mürsəl Həmidovun ANS PRESS-ə verdiyi məlumata görə, iyun ayında keçiriləcək möhtəşəm tədbirlərdə baş verə biləcək hansısa hadisədə xəsarət alan olarsa, bu zaman qurumun həkim briqadaları tibbi yardım göstərə bilər.
“Həkimlərimiz xüsusi təlimlər keçiblər. Bundan başqa, həkimlərimiz üçün ötən ilin oktyabr ayından pulsuz ingilis dili kursları təşkil olunmuşdu. Onlar kursları keçiblər. Tədbirdə tam gücümüzlə işləmək üçün bütün tədbirlər görülüb”, - deyə Mürsəl Həmidov bildirib.
Stansiyanını direktoru onu da bildirib ki, hazırda təcili yardım həkimləri bütün tibbi lavazımatlar, müasit texnika və dərmanlarla təchiz olunub. Stansiyaların maşınlar müasir texnikalarla təchiz edilib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.