banner
banner

Gündəm

“Ermənilər Azərbaycana 50 milyard dollar təzminat ödəyəcək” - Ermənistanın keçmiş baş prokuroru

“Ermənilər Azərbaycana 50 milyard dollar təzminat ödəyəcək”

Ermənistanın keçmiş baş prokuroru, həmçinin Ermənistanı Avropa İnsan Hüquqları Məhkəməsində təmsil etmiş Gevork Kostanyan 12 noyabrda açıqlama yayıb. Açıqlamada deyilir: “Biz bu razılaşma ilə təkcə əraziləri itirmədik, eyni zamanda Ermənistanın üzərinə 50 milyard dollarlıq öhdəlik qoyulur, bu pulları biz və gələcək nəsillərimiz Azərbaycana ödəməli olacaqlar.

Hələ iki il qabaq biz xəbərdar etmişdik ki, Azərbaycan Ermənistana qarşı iddia hazırlayır, orada Arsax və yeddi rayonda Azərbaycana vurulan maddi zərər əks olunacaq. Ancaq Azərbaycan həmin dövrdə iddianı hazırlamaqda çətinlik çəkirdi, çünki Ermənistanın caavbdehlik daşıdığı haqda yetərincə sübutları əldə edə bilmirdi. Onlar maddi zərəri hesablamaqda ixtisaslaşan beynəlxalq təşkilatı işə cəlb etmişdilər və Azərbaycana dəyən zərər 50 milyard dollar hesablanmışdı. Təzəlikcə Azərbaycan prezidenti bəyan etmişdi ki, həqiqətən Azərbaycan Ermənistana qarşı belə bir iddia hazırlayır. İndi Ermənistan son razılaşmaya imza atmaqla həmin ərazilərdəki istənilən dağıntılara cavabdeh olması öhdəliyini də üzərinə götürmüş oldu. Əgər biz savadlı, hüquqi bir cavab hazırlamasaq, bu maddi məsuliyyət Ermənistana çox baha başa gələcək. O qədər pulu nəinki biz, gələcək nəsillərimiz də ödəyib qurtara bilməyəcək”.

Bəyanatın sonunda erməni hüquqşünas Paşinyanı istefaya çağırır: “İlk növbədə, Nikol Paşinyan istefa versə, biz bu maddi məsuliyyətdən də yayına bilərik, çünki imzanı sənədə atan odur”.

Hazırladı: Oğuz




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.