banner
banner

Gündəm

Roman Qureviç: "Azərbaycan şəksiz qələbə qazanıb"

Roman Qureviç: "Azərbaycan şəksiz qələbə qazanıb"

“Azərbaycan 30 ilə yaxındır işğal edilmiş torpaqlarının xeyli hissəsini azad edərək hərbi qələbə qazanıb”.

“Report” xəbər verir ki, bunu İsrailin “Channel 9” rusdilli telekanalının birbaşa efirində politoloq Roman Qureviç bildirib.

“Bu müharibənin nəticəsi əvvəlcədən bəllidir. Azərbaycan müharibəni davam edə bilərdi, amma onlar bu razılaşmaya getdi, xalq öz Ali Baş Komandanını, Prezidentini dəstəklədi. İndi məsələ başqadır: Ermənistan tərəfində bunu qəbul edəcəklərmi? Orada işğtişaşlar görürük, insanlar hakimiyyətdən üz döndərirlər. Ermənistanda davakar qisasçılıq ab-havası üstün gəlsə, əldə edilən razılaşma sadəcə atəşkəsə çevrilsə, onda Azərbaycan Ordusu Ermənistanla beynəlxalq miqyasda tanınan sərhədə qədər irəliləyib bu məsələyə bir son qoyacaq”, - deyən politoloq həmçinin Şuşanın azad olunmasının bütün azərbaycanlılar üçün xüsusi məna daşıdığını vurğulayıb:

“Şuşanın azad edilməsi ağlasığmaz hadisədir, əsgərlər sıldırım qayalarla oraya dırmaşırdılar. Azərbaycanın qədim şəhərlərindən olan Şuşada Dövlət Himninin müəllifi olan böyük bəstəkar Üzeyir Hacıbəyovun övladları dünyaya gəlib. Belə bir şəhəri azərbaycanlılardan qoparmışdılar. Hər dəfə Dövlət Himnini eşidərkən insanlar Şuşa şəhərinin işğal olunduğunu xatırlayırdılar”.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.