“Nə oldu bəs, Ağdam, Füzuli sizin idi?” – Nərgiz Cəlilova ermənilərə səsləndi
"Göz yaşı selində qarışır hisslər. Unutmadıq, elə ona görə də qalib gəldik. Lakin sakitləşmək olmaz".
Bu sözləri Əməkdar artist Nərgiz Cəlilova İnstaqram hesabında yazıb. Aparıcı qələbə sevincini izləyiciləri ilə böşülüb:
"Mübarizəmiz, vətənə sadiqliyimiz, yaxşı əməllərimiz, dürüstlüyümüzlə, bir-birimizə sevgi və qayğımızla, gücümüz, birliyimizlə davam etsin. Bu, gəlişigözəl sözlər deyil. Bu, uzun illər arzuladığımız, ehtiyac duyduğumuz qalibiyyət hissinin təzahürüdür. Nə oldu bəs, Ağdam, Füzuli sizin idi? Sən bunlarda iştaha bax... Xəyalları qursağında qalan aciz millət. Biz çox ağlamışıq, indi siz ağlayın. Özgənin torpaqlarını işğal etməyin nə olduğunu anlayın ki, bir də bunu etməyəsiniz".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.