Distant təhsillə bağlı zəruri tədbirlərin görülməsinə ehtiyac var - Deputat
Azərbaycanda bütün şagirdlərin distant təhsilin imkanlarından istifadə edə bilməsi üçün zəruri tədbirlərin görülməsinə ehtiyac var. Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Afət Həsənova deyib.
Deputat bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar yoluxmaların sayında artım müşahidə edildiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” 29 oktyabr 2020-ci il tarixli № 430 saylı Qərarı ilə ilə Azərbaycan Respublikasında bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin yenidən distant (məsafədən) həyata keçirilməsinə başlanılıb:
“Lakin, müəyyən səbəblərdən o cümlədən texniki səbəblərdən internetə çıxışı olmayan ailələrin övladlarının icbari ümumi orta təhsil almasında müəyyən çətinliklər yaranır. Həmçinin internet xidmətdən istifadənin ödənişli olması əsasən aztəminatlı ailələrin övladlarının icbari ümumi orta təhsil almasında müəyyən problemlərə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsində hər bir vətəndaşın təhsil almaq hüququnun olduğu, dövlətin pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin etdiyi, təhsil sisteminə dövlət tərəfindən nəzarət edildiyi və maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsilini davam etdirməsinə dövlətin zəmanət verdiyi qeyd olunmuşdur. Bu baxımdan bütün şagirdlərin internetə çıxışnın təmin edilməsi mühüm əhəmiyyət kəsb edir.
Hazırda mobil telefon istifadəçilərinin sayının və mobil operatorların əhatə dairəsinin ölkə üzrə kifayət qədər olduğu da nəzərə alınaraq hesab edirəm ki, mobil operatorlar və digər internet provaydrları vasitəsilə ilkin mərhələdə şagirdlərimizin https://virtual.edu.az/ saytına ödənişsiz və maneəsiz daxil ola bilməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən birgə təxirəsalınmaz tədbirlər görülməlidir”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.