banner
banner

Sosİal

Azay Quliyev seçiciləri ilə videogörüş keçirib

Azay Quliyev seçiciləri ilə videogörüş keçirib

Bu gün deputat Azay Quliyev 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri ilə növbəti videogörüşünü keçirib.

Videogörüşdə iştirak edən seçicilər pensiya təminatı, bınaların istiliklə təmin olunması, kommunal, əlillik statusunun verilməsi və məşğulluq məsələləri ilə bağlı onları narahat edən problemlər haqqında deputata müraciətlərini çatdırıblar. Qaldırılan problemlərin bir qismi yerində həll edilib. Digər qismi ilə bağlı müvafiq izahat verilib. Mərkəzi və yerli icra hakimiyyətlərinin səlahiyyətlərinə aid olan məsələləri aidiyyəti qurumların videogörüşdə iştirak edən nümayəndələri qeydə alıb və onların araşdırılıb həll ediləcəyi bildirilib. Deputat görüşdə qaldırılan məsələlərin həlli məsələsini nəzarətdə saxlayacağını deyib. Sonda seçicilər mütəmadi görüşlər keçirdiyinə və qaldırılan məsələlərin həllinə köməklik etdiyinə görə deputat Azay Quliyevə təşəkkürlərini bildiriblər.

Görüşdə Binəqədi bələdiyyəsinin sədri Mürsəl Əliyev, "Azəristiliktəchizat" ASC-nin Binəqədi rayon 3 saylı İstilik Sistemləri İstismar Sahəsinin rəisi Rövşən Tağıyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdiri Arzuman Hüseynov və digər rəsmi şəxslər iştirak ediblər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.